AL
Təhlükəli yüklərin daşınması üçün “E” kateqoriyalı sürücü
AZ Logistika and Management Services
İş şəraiti Sektor: Neft-qaz, təhlükəli yüklərin/tullantıların daşınması Növbə: Gündüz və yaxud gecə İş rejimi: Qanunvericiliyə uyğun olaraq
Должностные обязанности
- Dispetçer və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərək yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək.
- Yük avtomobillərinin təmizliyinə, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək.
- Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq.
- Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək.
- Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili.
Требования
- Etibarlı E kateqoriyalı sürücülük vəsiqəsi.
- Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi.
- Yük maşınlarının idarə olunmasında təcrübə.
- Məsuliyyətli, intizamlı və etibarlı olmaq.
- Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq.
- Minimum yaş həddi – 21 yaş.
- Üstünlüklər ADR sertifikatı və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir.
- Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir.
- Texniki biliklərin olması əlavə üstünlükdür.
- Vakuum tipli yük avtomobillərini idarə etməyi bacaran sürücülərə üstünlük verilir.
- Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .