AD
1C üzrə Operator (Anbar)
Adore
Vəzifə Haqqında Şirkətimizin anbar şöbəsinə 1C 8.3 proqramında işləmə bacarığına malik, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan 1C üzrə Operator axtarırıq. Vəzifənin əsas məqsədi anbar əməliyyatlarının vaxtında və dəqiq sənədləşdirilməsi, mal-material hərəkətinin uçotunun aparılması və anbar proseslərinin fasiləsiz idarə olunmasına dəstək verilməsidir.
Vəzifə öhdəlikləri
- İlkin mühasibat sənədlərinin (qaimə, hesab-faktura və s.) qeydiyyatının aparılması və düzgünlüyünün təmin edilməsi;
- Anbara daxil olan mal və materialların qəbulu, yerləşdirilməsi və müvafiq sənədlərlə rəsmiləşdirilməsi;
- Mal və materialların anbara daxilolma və çıxış əməliyyatlarının 1C 8.3 proqramında dəqiq və vaxtında əks etdirilməsi;
- Göndərmə fakturaları əsasında gündəlik anbar üzləşmələrinin aparılması və uyğunsuzluqların aşkar edilməsi;
- Dövri inventarizasiya proseslərində fəal iştirak edilməsi və nəticələrin sənədləşdirilməsi;
- Anbar sənədlərinin müvafiq qaydada arxivləşdirilməsi və sistemli şəkildə saxlanılması.
Tələblər
- Ali və ya orta-ixtisas təhsili;
- Azərbaycan dilini sərbəst bilməsi (rus dili biliyi üstünlük hesab olunur);
- Microsoft Excel proqramından sərbəst istifadə bacarığı, eləcə də 1C (8.3) proqramında iş təcrübəsi;
- Müvafiq vəzifə üzrə minimum 1–2 il iş təcrübəsi;
- Yüksək məsuliyyətli, səliqəlilik və dəqiqlik (punktuallıq).
- İş Şəraiti İş qrafiki: həftədə 5 iş günü, 09:00–18:00 (5/2);
- Korporativ mobil nömrə təqdim olunur;
- Əmək haqqı: Başlanğıc mərhələdə 500 AZN (fix) + təcrübə dövründən sonra artım Şirkət daxili əlavə endirim və bonus imkanları mövcuddur;
- İş yeri — Anbar, Koroğlu metro stansiyasının yaxınlığında yerləşir.