Vakansiyalar
İV

Aparıcı biznes analitik

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Təsvir Rəqəmsal yetkinliyin qiymətləndirilməsində dəstək olunması və məlumatların toplanılması; Rəqəmsallaşma layihələrində tərəfdaşlarla görüşlərdə iştirak edilməsi və qeydlərin hazırlanması; Layihələrin təhlilində kömək edilməsi, məlumat toplanması və icra prosesində iştirak edilməsi; BPMN, UML və digər metodlarla diaqramların hazırlanması və texniki sənədlərin hazırlanmasına dəstək verilməsi; G2G, G2B, G2C biznes modellərinin anlaşılması və mövcud layihələr üçün həll təkliflərinin verilməsi; Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində icra və dəstək səviyyəsində iştirak edilməsi; Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər hazırlamağa dəstək verilməsi; Sistem dizaynı tələblərinin müəyyənləşdirilməsi və dizayn prosesində dəstək olunması; Şöbə müdirinin və departament rəhbərliyinin texniki tapşırıqlarının icra edilməsi və hesabat verilməsi; Yeni texnologiyalar, rəqəmsal trendlər və beynəlxalq təcrübələri araşdıraraq mövcud layihələrdə tətbiqi ilə bağlı tövsiyələrin verilməsi; Mövcud biznes proseslərinin və rəqəmsal həllərin təhlilində dəstək olunması və avtomatlaşdırma üçün təkliflərin hazırlanması; Verilənlər bazası üzrə sorğuların aparılması və məlumatların təhlilinə dəstək verilməsi; Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunması; Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması; Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Tələblər

  • ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr);
  • Biznes proses analizi və rəqəmsal transformasiya sahəsində ən azı 3–4 il iş stajı;
  • biznes proses modelləşdirmə dilləri (BPMN, UML);
  • API inteqrasiyası və məlumat mübadiləsi prinsipləri barədə anlayış;
  • SQL və ya digər verilənlər bazası sistemləri üzrə baza bilikləri;
  • analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • istifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi;
  • vizual diaqramlar və prototiplərin hazırlanması;
  • komanda ilə işləmə və effektiv ünsiyyətqurma;
  • yaradıcı yanaşma, dəqiqlik, məsuliyyət, dəyişikliklərə adaptasiya bacarığı;
  • dəyişikliklərə uyğunlaşma bacarığı;
  • azərbaycan dili – sərbəst;
  • İngilis dili – texniki sənədləşdirmə və peşəkar ünsiyyət səviyyəsində;
  • Rus dili üstünlükdür;
  • Figma, Jira, Confluence kimi alətlərlə işləmə bacarığı;
  • sistem dizayn biliklərinin olması;
  • BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları;
  • dataları sorğulayaraq onları analiz edib mövcud proseslərdə dəyişiklik tələblərinin çıxarılması;
  • Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik;
  • ixtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür;
  • Fərqli domenlərdə Rəqəmsallaşma, İT Biznes Analitik kimi iş təcrübəsinin olması (məsələn: Rəqəmsal Dövlət, Rəqəmsal Bankçılıq, FinTech və s.) Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Geri