Vakansiyalar
KH

Aparıcı İT biznes analitik

Kontakt Home

Təsvir Layihələr üzrə texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması; Maraqlı tərəflərlə görüşlərin təşkili, tələblərin toplanması və dəqiqləşdirilməsi; Toplanan tələblərin analiz edilməsi, optimallaşdırılması və razılaşdırılması; Funksional və qeyri-funksional tələblərin sənədləşdirilməsi və prioritetləşdirilməsi; İstifadəçi hekayələrinin (user stories), qəbul meyarlarının (acceptance criteria) və istifadə ssenarilərinin hazırlanması; Proses diaqramlarının və Use Case-lərin hazırlanması (BPMN 2.0 əsasında); Eskiz və prototiplərin hazırlanması, təqdimatı və rəylərin toplanması; Hazırlanmış funksionallıqların ilkin testlərinin aparılması; Tapşırıqların planlaşdırılması, prioritetlərin və mərhələlərin (milestones) müəyyən edilməsi; Mövcud sistemlərə dəstək göstərilməsi və yeni tələblərin tətbiq olunması; Komanda ilə SCRUM görüşlərində iştirak və tapşırıqların müzakirə olunması; İstifadəçi və inzibatçı təlimatlarının hazırlanması, təqdimat və təlimlərin təşkili. İş şəraiti: İş günləri: I–V günlər; İş saatı: 09:00–18:00.

Tələblər

  • Ali təhsil (Biznes, İT və ya əlaqəli sahə üzrə);
  • Azərbaycan dili – əla səviyyədə, ingilis dili – texniki səviyyədə, rus dili – üstünlük hesab olunur;
  • İT layihələrində minimum 2 il biznes analitiki və ya məhsul sahibi (Product Owner) kimi təcrübə;
  • Analitik düşünmə və tələblərin düzgün formalaşdırılması bacarığı;
  • Operativ qərarvermə və yüksək məsuliyyətlilik;
  • BPMN 2.0 və UML diaqramları ilə işləmə bacarığı;
  • Eskiz və prototipləşdirmə alətləri (Figma, Balsamiq və s.) ilə işləmə təcrübəsi;
  • Layihə idarəetmə alətləri (Jira, ClickUp, Azure Boards və s.) ilə işləmə bacarığı;
  • SCRUM metodologiyası üzrə biliklər və komanda ilə işləmə təcrübəsi;
  • API və SQL üzrə baza biliklər;
  • UI/UX prinsipləri barədə anlayış;
  • Proqram təminatının hazırlanma mərhələləri (SDLC) üzrə biliklər.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Geri