Aptek müdiri
Təsvir
· İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik; · Aptekdə dərmanların iadəsinə nəzarət; · Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik; · Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək; · Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq; · Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət; · Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması; · Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət; · Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək; · Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək; · Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək; · Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq; · Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər
- Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas); · Müvafiq sahədə 3 il iş təcrübəsi; · 1C proqram biliyi.