“AzalOil” idarəsi / YSM qəbulu, uçotu və keyfiyyətinə nəzarət üzrə texnik
Təsvir
Yanacaq-sürtkü materiallarının və xüsusi mayelərin dəmir yolu sisternlərindən, çənlərdən və digər mənbələrdən qəbulunun müəyyən olunmuş qaydalara uyğun icrası; Qəbul edilən, saxlanılan və buraxılan YSM və xüsusi mayelər üzrə uçotun aparılması və maddi məsuliyyətin təmin olunması; YSM-nın qəbulu, saxlanması və buraxılması proseslərində keyfiyyət göstəricilərinə daimi nəzarətin həyata keçirilməsi; Yanacaq və xüsusi mayelərdən nümunələrin götürülməsi və laboratoriyaya təqdim olunmasının təmin edilməsi; Çənlərin, süzgəclərin, texnoloji avadanlıqların texniki vəziyyətinə nəzarət və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi; Mədaxil-məxaric, keyfiyyətə nəzarət və hesabat sənədlərinin müəyyən olunmuş qaydada və vaxtında rəsmiləşdirilməsi; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası tələblərinə riayət olunmasının təmin edilməsi.
Tələblər
- Təhsil səviyyəsi: Ali; Müvafiq sahəsində minimum 1 il iş təcrübəsi; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Təqdimat bacarıqları; Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı; Danışıqların aparılması bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə); Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı). İş qrafiki: Növbəli İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı