Vakansiyalar
XB

Bakı filialları - Müştəri xidməti şöbəsinin mütəxəssisi

Xalq Bank

Təsvir Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək; Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək; Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək; Kredit müraciətlərinin qəbulu və analizi; Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi; Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi; Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi; Kredit sənədlərinin tərtibi; Kredit portfelinə nəzarət və idarə etmək; Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
  • Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Geri