Vakansiyalar
CH

Baş Mühasib / Vergi Mütəxəssisi

CCN Holding

CCN İnşaat komandamıza peşəkar və məsuliyyətli Baş Mühasib və Vergi Mütəxəssisi axtarır. İşin təsviri Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması; Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili; Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi; ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması; Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi; E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək; Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması; Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması; Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması; Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması; Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi; Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması; Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması; Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi. Vəzifə üzrə

Tələblər

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;
  • Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;
  • 1C, BTP, e-Taxes, e-Gov, e-Qaimə və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;
  • Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
  • Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.
  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib və Vergi Mütəxəssisi” qeyd etməklə ibabayeva@ccninsaat.com və mdurak@ccninsaat.com elektron poçt ünvanlarına göndərə bilərlər.
Geri