Biznes prosesləri üzrə mütəxəssis
Təsvir
Biznes proseslərinin "AS IS" və "TO BE" modellərinin hazırlanması, GAP analizinin aparılması, boşluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə təkliflərin hazırlanması; Biznes proseslərinin avtomatlaşdırılması və Süni İntellekt (Sİ) tətbiqi potensialının müəyyənləşdirilməsi, biznes dəyərinin və tətbiq məqsədəuyğunluğunun qiymətləndirilməsi; Avtomatlaşdırma və Sİ layihələri üzrə biznes, funksional və qeyri funksional tələblərin hazırlanması və sənədləşdirilməsi; Biznes prosesləri üzrə Business Rules, qərar məntiqi və proses ssenarilərinin hazırlanması və sənədləşdirilməsi; Biznes proseslərində istifadə olunan məlumat axınının (Data Flow) təhlili, məlumat mənbələrinin, giriş/çıxış məlumatlarının və emal mərhələlərinin müəyyənləşdirilməsi; Avtomatlaşdırılacaq proseslər üzrə Data Mapping sənədlərinin hazırlanması və sistemlər arasında məlumat mübadiləsinin təsvir edilməsi; Biznes proseslərində iştirak edən sistemlər üzrə inteqrasiya nöqtələrinin (Integration Points) müəyyənləşdirilməsi və inteqrasiya tələblərinin hazırlanması; Hazırlanacaq rəqəmsal həllər üçün ilkin istifadəçi ssenarilərinin (User Journey) və istifadəçi interfeysinin (UI Concept) hazırlanması; Yeni rəqəmsal alət və həllərin (o cümlədən Sİ əsaslı) istifadəçi interfeysinin (UI) biznes tələblərinə uyğunluğunun qiymətləndirilməsi və texniki komanda ilə əlaqələndirilməsi; Sİ və avtomatlaşdırma layihələrində biznes tərəfini təmsil etmək, proses məntiqinin, məlumat axınının, funksional tələblərin və gözlənilən nəticələrin texniki komandaya aydın şəkildə ötürülməsini təmin etmək; Avtomatlaşdırma layihələrinin icrası zamanı texniki komandanın biznes suallarının cavablandırılması, biznes tələblərində baş verən dəyişikliklərin idarə olunması və layihənin biznes baxımından müşayiət edilməsi; İstifadəçi qəbul testləri (UAT) üçün test ssenarilərinin və Acceptance Criteria-nın hazırlanması, hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun qiymətləndirilməsi; Tətbiq edilmiş biznes proseslərinin və avtomatlaşdırılmış həllərin effektivliyinin monitorinqi, nəticələrin təhlili və hesabatların hazırlanması; Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması, yenilənməsi, təsdiqi, elan edilməsi və arxivləşdirilməsi; ·Birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək, görülən işlər üzrə hesabatların təqdim edilməsi.
Tələblər
- Ali təhsil (Biznesin idarə edilməsi, iqtisadiyyat, menecment, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə); Biznes proseslərinin idarə olunması (BPM), Biznes Analiz, Rəqəmsal Transformasiya və ya Biznes Konsaltinq sahəsində minimum 1 il iş təcrübəsi; ERP, CRM, BPM və ya digər korporativ sistemlərlə işləmə təcrübəsi; Səlis azərbaycan və rus dili biliyi, ingilis dili biliyi üstünlükdür; Biznes proseslərinin analizi, modelləşdirilməsi və optimallaşdırılması (AS-IS, TO-BE, GAP Analysis, BPMN 2.0); Biznes və funksional tələblərin, biznes qaydalarının (Business Rules), Data Flow və Data Mapping sənədlərinin hazırlanması; Biznes proseslərində inteqrasiya nöqtələrinin müəyyənləşdirilməsi və korporativ informasiya sistemlərinin (ERP, CRM, HRM, WMS və s.) iş prinsipləri üzrə bilik; REST API, JSON, SQL və verilənlər bazaları üzrə baza bilikləri; Biznes proseslərinin modelləşdirilməsi alətləri (Bizagi, Visio, Draw.io və s.) və Microsoft Office proqramlarında işləmək bacarığı; User Journey və UI konsepsiyalarının hazırlanması üzrə anlayış; AI texnologiyalarının biznes proseslərində tətbiqi və texniki komandalarla effektiv əməkdaşlıq bacarığı; Agile/Scrum metodologiyası üzrə baza bilikləri; BABOK, CBAP, Lean, Six Sigma, TOGAF üzrə biliklər üstünlükdür; Rəqəmsal transformasiya layihələrində iştirak təcrübəsi üstünlükdür; AI alətləri (ChatGPT, Claude, Gemini və s.), Prompt Engineering, RPA və Low-code/No-code platformaları (Power Automate, UiPath, n8n, Make, Creatio və s.) ilə iş təcrübəsi; Jira, Confluence, Figma və ya digər UI dizayn alətləri ilə işləmək bacarığı üstünlükdür; Güclü analitik düşünmə, problem həll etmə və kross-funksional komandalarla işləmək bacarığı.