Vakansiyalar
UK

Biznes Proseslərinin İdarə edilməsi şöbəsinin Mütəxəssisi/ Baş Mütəxəssisi

Unibank Kommersiya Bankı

Təsvir

Mövcud biznes prosesləri təhlil etmək, funksiyaların təkrarlanmasını və səmərəsiz mərhələləri müəyyən etmək, proseslərin "As-Is" və "To-Be" modellərini hazırlamaq; Biznes proseslərinin optimallaşdırılması, standartlaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq; Proseslərin icra müddətinin, əməliyyat xərclərinin və əl əməyinin azaldılması məqsədilə təkmilləşdirmə təşəbbüsləri hazırlamaq; Biznes tələblərini toplamaq, təhlil etmək və texniki komandalar üçün funksional tələblər hazırlamaq; Yeni biznes proseslərinin, rəqəmsal həllərin, sistem inteqrasiyalarının və avtomatlaşdırma layihələrinin hazırlanması və tətbiqində iştirak etmək; Avtomatlaşdırılacaq proseslər üzrə funksional və biznes tələblərini hazırlamaq, onların icrasına nəzarət etmək və test prosesində iştirak etmək; Biznes prosesləri üzrə normativ sənədləri, prosedurları, təlimatları və proses xəritələrini hazırlamaq və mütəmadi yeniləmək; Yeni proseslərin tətbiqi zamanı aidiyyəti struktur bölmələri arasında koordinasiyanı təmin etmək və layihə iştirakçıları ilə effektiv əməkdaşlıq qurmaq; İcra olunan layihələr üzrə təqdimatlar, analitik hesabatlar və rəhbərlik üçün məlumat materialları hazırlamaq; Bankın daxili siyasət və prosedurlarına, eləcə də tənzimləyici tələblərə uyğunluğun təmin edilməsində iştirak etmək.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya İnformasiya texnologiyaları üzrə); BPM, biznes proseslərinin təhlili, optimallaşdırılması və ya biznes analitikası sahəsində minimum 3–5 il iş təcrübəsi; Biznes proseslərinin modelləşdirilməsi, As-Is və To-Be proseslərinin hazırlanması üzrə praktiki təcrübə; Biznes tələblərinin toplanması, təhlili və funksional tələblərin hazırlanması üzrə təcrübə; Rəqəmsallaşdırma, proseslərin avtomatlaşdırılması və sistem inteqrasiyası layihələrində iştirak təcrübəsi; Proses performansının ölçülməsi (KPI, SLA) və davamlı təkmilləşdirilməsi üzrə təcrübə; Normativ sənədlərin, prosedurların və proses xəritələrinin hazırlanması təcrübəsi; MS Office proqramları (xüsusilə Excel və PowerPoint) ilə yüksək səviyyədə işləmək bacarığı; İngilis dilini ən azı Intermediate , rus dili biliyi arzuolunandır; Bank sektorunda iş təcrübəsi, bank məhsulları, əməliyyat prosesləri və ödəniş sistemləri üzrə biliklər; Visio, Bizagi, ARIS və ya digər proses modelləşdirmə alətləri ilə işləmək bacarığı; SQL (Oracle) üzrə əsas biliklər; Agile, Scrum və ya Waterfall metodologiyaları üzrə ümumi biliklər; Analitik düşünmə və problem həll etmə bacarığı; Effektiv ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı; Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
Geri