UN
Borcların təhlili üzrə kiçik mütəxəssis (Salyan filialı)
Unibank
Təsvir Gecikməsi yüksək olan kredit portfeli (hard mərhələ) üzrə müştərilərlə əlaqələrin qurulması; Borclularla telefon və ya üzbəüz danışıqlar aparılması; Ödənişlərin təmin edilməsi üçün effektiv həll yollarının təklif edilməsi; Problemli müştərilərlə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Hüquqi proseslərə hazırlıq (zərurət olduqda müvafiq sənədlərin toplanması və yönləndirilməsi); Gündəlik və aylıq plan/KPI-ların icrası.
Tələblər
- Ali və ya orta ixtisas təhsili (maliyyə, iqtisadiyyat, hüquq sahəsi üstünlükdür);
- Azərbaycan dilini əla səviyyədə bilməli (Rus dili arzu olunandır);
- Borclularla çətin danışıqlar aparmaq bacarığı;
- Hüquqi prosedurlar haqqında ilkin biliklər;
- MS Office proqramlarında işləmə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və inandırma bacarığı;
- Nəticəyönümlülük, məsuliyyətlilik və intizamlılıq;
- Analitik düşünmə və problem həll etmə bacarığı.
- Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər