Vakansiyalar
LE

Büdcələmə və maliyyə hesabatlılığı üzrə mütəxəssis

Landau Education Group

Təsvir

Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun olaraq aylıq, rüblük şəkildə tərtib edilməsi; Gəlir və xərclərin düzgün tanınmasının təhli edilməsi; Büdcə və Faktiki göstəricilərin departament rəhbərləri ilə paylaşılması; Büdcə və Faktiki göstəricilərin aylıq, rüblük və illik şəkildə qarşılıqlı təhlili; Hesabatların avtomatlaşdırılmasında təkliflərin verilməsi; Maliyyə analizlərinin aparılması təklif və tövsiyyələrin verilməsi; İllik Büdcə hesabatlarının tərtibatına dəstək olunması; Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlilərin aparılması, maliyyə sənədlərinin hazırlanması.

Tələblər

  • Maliyyə-Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin təşkil edilməsi üzrə bakalavr təhsili; Maliyyə, hesabatlılıq, Büdcələmə, Audit sahısində 1,5-2 illik iş təcrübəsi; Maliyyə məlumatlarının təhlilinin aparıması bacarığı; Yüksək səviyyədə Microsoft Office bilikləri (Excel, Word); Paralel şəkildə müxtəlif layihələri apara bilmə bacarığı; Komanda da işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı, yeniliklərə açıq və öyrənməyə həvəsli; İFRS sertifikatlarının olması (F3, F7) arzuolunandır. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə); İş yeri: Bayıl (servis mövcuddur); Könüllü tibbi sığorta; Həyat yığım sığortası ; Push 30 proqramından 75% endirim ilə istifadə etmək imkanı; LANDAU School-da uşaqların təhsilində xüsusi endirimlər; Korporativ təlimlərə qatılma imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Geri