Vakansiyalar

CCTV (Zəif axın mütəxəssisi) və Video Müşahidə Sistemləri üzrə Texnik (Regionlar üzrə)

Digipoint

Şirkətimizin regionlarda yerləşən filial və obyektlərini əhatə edən geniş videomüşahidə (CCTV) şəbəkəsinin və VMS platformasının fasiləsiz işləməsini təmin etmək üçün aşağıda qeyd olunan rayonlarda mütəxəssislərin işə qəbulunu elan edirik. İşçilər bölgələr və onlara yaxın ətraf rayonlardakı obyektlərə yerində və uzaqdan texniki xidmət göstərəcəklər. Regionlar Bakı, Sumqayıt ZONA 1: Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Goranboy (və bu rayonlara yaxın ətraf bölgələrdə yaşayanlar) ZONA 2: Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Zərdab, Salyan, Neftçala, Biləsuvar, Şirvan (və bu rayonlara yaxın ətraf bölgələrdə yaşayanlar)

Vəzifə öhdəlikləri

  • (Görüləcək işlər): Kameraların, NVR/encoder qurğularının və VMS platformasının işləkliyini yoxlamaq, nazas olan avadanlıqları yerindəcə təmir etmək və ya yenisi ilə əvəzləmək;
  • Görüntüsü itən, korlanan və ya texniki nasazlığı olan kameraları sahədə tənzimləmək, linzalarını təmizləmək və bucaqlarını düzəltmək;
  • Kamera sistemlərinin aktiv və passiv infrastrukturundakı (kabel xətləri, qida blokları, svitçlər, muftalar və s.) qopma, yanma və digər fiziki nasazlıqları yerində bərpa etmək;
  • İlkin mərhələdə sistemdəki mövcud problemlərin dərinliyini, təkrarlanan nasazlıqları və sənədləşmə boşluqlarını aradan qaldırmaq üçün aktiv şəkildə sahə işləri görmək;
  • Yaddaş (storage) və arxiv sistemlərində yaranan qeydiyyat problemlərini və arxiv itkilərini yerində/uzaqdan müdaxilə ilə həll etmək;
  • Şəbəkə xətlərindəki problemləri təyin edərək xətləri yenidən çəkmək və ya sazlamaq;
  • Cavabdeh olduğu zona daxilindəki yaxın rayonlara ezam olunaraq problemlərə yerində operativ və fiziki müdaxilə etmək;
  • Obyektlərdə mütəmadi olaraq planlı fiziki profilaktika və texniki baxış işlərini icra etmək.
  • Müvafiq sistemlərin proqramlaşdırılması və inteqrasiyasını həyata keçirmək Obyektdə quraşdırılmış avadanlıqların düzgün işləməsinə nəzarət etmək və sınaqdan keçirmək Texniki sənədlərin (çertyoj, sxem, hesabat və s.) hazırlanması və arxivləşdirilməsi Yeni sistemlərin quraşdırılması və mövcud sistemlərin modernizasiyası;

Tələblər

  • CCTV, İP Kamera, NVR/XVR sistemləri və şəbəkə avadanlıqlarının montajı, sazlanması və təmiri sahəsində real iş təcrübəsi;
  • Orta texniki və ya ixtisaslaşmış ali təhsil;
  • CCTV, access control, yanğın siqnalizasiya və digər zəif axın sistemləri üzrə bilik və bacarıq;
  • Komanda ilə işləmə və müstəqil qərarvermə bacarığı;
  • Məsuliyyətli, dəqiq və operativ yanaşma.
  • İş saatları: Razılaşma yolu ilə
Geri
CCTV (Zəif axın mütəxəssisi) və Video Müşahidə Sistemləri üzrə Texnik (Regionlar üzrə)
Digipoint
Müraciət et
Elan tarixi: 06 iyul 2026
Son müraciət: 06 avqust 2026
Sirk?t Digipoint
Ölkə Azərbaycan
Şəhər Bakı
Kateqoriya Mühəndislik
İş növü Tam ştat
Mənbə ID 145137
Baxış 13

Detail.Share