Çilingər
Təsvir
İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir edir Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirir Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir Dəzgahların mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə edir Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməlidir. Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli Avadanlıqların işində qüsur olduqda,texnoloji rejim pozulduqda,iş yerində bədbəxt hadisə baş verdikdə vaxtında növbə rəisinə, sex rəisinə, onlar olmadıqda isə zavod rəhbərliyinə məlumat verməli
Tələblər
- Təhsil: Peşə təhsili; Təcrübə : Müvafiq sahə üzrə minimum 2 il; Mexaniki avadanlıqların iş prinsiplərini bilmək; İstehsalat avadanlıqları ilə işləmək bacarığı; İşə planlı yanaşması; Diqqətlilik, məsuliyyətlilik və fiziki dözümlülük. İş şəraiti İş qrafiki: 6 gün (şənbə günü yarım iş günü) İstirahət: Bazar günü İş yeri: Bakı-Sumqayıt yolu 13,5 km Abşeron rayonu Biz nə təklif edirik Qidalanma şirkət tərəfindən təmin edilir Nəqliyyat şirkət tərəfin təmin edilir Karyera yüksəlişi Rəqabətli əmək haqqı