Data analitik (Biznes) / Mütəxəssis / Aparıcı mütəxəssis
Təsvir
Müştəri yönümlü və gəlir artırıcı təkliflərin hazırlanması üçün data əsaslı analizlərin aparılması və biznesə actionable insight-ların təqdim edilməsi; Məhsul və xidmət portfelinin optimallaşdırılması üçün analitik modellər və seqmentasiya yanaşmalarının tətbiqi; Biznes halların (Business Case) hazırlanması: gəlir, xərc, risk və ROI analizlərinin aparılması; Marketinq kampaniyalarının (upsell, cross-sell, retention) planlanması, kampaniyaları idarə edilməsi platforması üzərindən real zaman senarilərin qurulması və performansının ölçülməsi; Kampaniyaların ROI, müştəri davranışı, istifadə və gəlir göstəriciləri üzrə monitorinqi və hesabatların hazırlanması üçün Bi və Reportinq komandası ilə sıx əməkdaşlıq; Müştəri 360° baxışının formalaşdırılması və inkişaf etdirilməsi (seqmentasiya, davranış analizi); Məlumatların təmizlənməsi, transformasiyası və analiz üçün uyğun formata salınması; Məlumat keyfiyyətinin (data quality) təmin edilməsi üçün Datanın İdarə edilməsi komandası ilə sıx əməkdaşlıq; Mövcud sistem və proseslərdə təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqinə dəstək; Məlumat bazası ilə bağlı layihələrdə iştirak və texniki/analitik tələblərin verilməsi; Biznes və texniki komandalar arasında kommunikasiya körpüsü rolunun icrası;
Tələblər
- Təhsil: İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil. Tələb olunan iş təcrübəsi (il): Data analitika, biznes analitika və ya əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi; CRM, məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində, Telco, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır. Tələb olunan bilik, bacarıqlar Biznes data analitikası, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər; Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə bilməli; Tələb olunan kompüter proqramları üzrə biliklər (1C, keeper və s.): Yüksək Excel bilikləri; SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar; Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklər; Tableau \ Data Vizuallaşdırılması; Kampaniyaların idarəedilməsi platforması üzrə təcrübə (EVAM) arzuolunandır. Tələb olunan şəxsi keyfiyyətlər: Təhlil bacarığı; Yaxşı ünsiyyət bacarığı; Problem həlletmə bacarığı; Komanda işi və əməkdaşlıq bacarığı.