Vakansiyalar
PL

Dələduzluq hallarının idarə edilməsi üzrə baş mütəxəssis

PASHA Life

Risklərin İdarəedilməsi Departamenti

Vəzifə öhdəlikləri

  • Şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların (intervyular, qeydlərin təhlili və s.) aparılması;
  • Dələduzluq hallarının aşkarlanması üçün mexanizmlərin qurulması (ƏRG, dashboard və s.);
  • Dələduzluq halları üzrə məlumatların toplanması və təhlili;
  • Dələduzluq riskləri ilə bağlı keyslərin izlənilməsi, nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
  • Dələduzluq ilə əlaqəli qanunvericilik tələblərinin izlənilməsi;
  • Əməkdaşların dələduzluq riskləri və nəzarət metodları ilə bağlı maarifləndirilməsi;
  • Dələduzluq risklərinin idarə edilməsi üçün normativ bazanın yaradılması və təkmilləşdirilməsi;
  • Araşdırma nəticələri ilə bağlı əhatəli hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Namizədə olan

Tələblər

  • İş təcrübəsi: Risk sahəsi üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
  • Təhsil: İdarəetmə, Maliyyə, İqtisadiyyat üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta;
  • Üstünlüklər: Certified Fraud Examiner (CFE), Certified Financial Crime Specialist (CFCS) sertifikatlarının/lisenziyalarının olması;
  • SQL və Python üzrə biliklər;
  • Kompüter bilikləri: MS Office – əla;
  • Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma;
  • Müştəri yönümlülük;
  • İnam yaratma;
  • Komanda işi;
  • Əməkdaşlıq və keyfiyyət yönümlülük;
  • Məlumat əldəetmə;
  • Problem həlletmə;
  • Analitik düşüncə və problem həll etmə bacarığı.
  • Biz

Niyə biz?

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlər
Geri