DevOps Engineer
Təsvir
CI/CD proseslərinin qurulması, inkişaf etdirilməsi və dəstəklənməsi; Kubernetes mühitində tətbiqlərin deploy edilməsi və idarə olunması; İnfrastrukturun monitorinqinin aparılması və sistemlərin dayanıqlılığının təmin edilməsi; İnsidentlərin araşdırılması, problemlərin aradan qaldırılması və optimallaşdırma işlərinin aparılması; İnfrastrukturun avtomatlaşdırılması və mövcud proseslərin təkmilləşdirilməsi; Development komandası ilə əməkdaşlıq edərək tətbiqlərin stabil və təhlükəsiz mühitdə işləməsinin təmin edilməsi; Sistemlərin təhlükəsizliyi, ehtiyat nüsxələnməsi və konfiqurasiya idarəetməsi üzrə işlərin həyata keçirilməsi; Texniki sənədlərin hazırlanması və yenilənməsi. Üstünlüklərimiz: Peşəkar karyera və inkişaf imkanları; Komanda daxilində güclü bilik mübadiləsi; Rahat və müasir iş mühiti; Tibbi sığorta.
Tələblər
- DevOps sahəsində minimum 2 il iş təcrübəsi; Linux və Docker ilə işləmə təcrübəsi; Kubernetes mühitində işləmə təcrübəsi; Git və GitLab CI/CD vasitəsilə CI/CD proseslərinin qurulması və idarə olunması üzrə təcrübə; Terraform və ya Ansible ilə işləmə təcrübəsi; HashiCorp Vault, Nexus, Kong və Istio ilə işləmə təcrübəsi; Monitorinq alətləri ( Prometheus, Grafana, Alertmanager, Mimir ) ilə işləmə təcrübəsi; Kafka, MinIO və Redis ilə işləmə təcrübəsi; Bash və ya Python dillərində skriptlərin yazılması təcrübəsi; Problem həll etmə və komanda ilə işləmə bacarığı.