Vakansiyalar
CO

Əmək Haqqı və HR Əməliyyatları üzrə aparıcı mütəxəssis

Company

Təsvir İş vaxtının uçotu, davamiyyət və növbə qrafiklərinin düzgün aparılmasına nəzarət etmək; Davamiyyət məlumatlarını toplamaq, yoxlamaq və əmək haqqı hesablamaları üçün hazırlamaq; Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (xəstəlik vərəqələri) və digər iş vaxtı məlumatlarının sistemə daxil edilməsini və düzgünlüyünü təmin etmək; Əmək haqqı hesablanması prosesində iştirak etmək və müvafiq məlumatların düzgünlüyünü yoxlamaq; Əmək haqqı, davamiyyət və iş vaxtı uçotu üzrə hesabatlar hazırlamaq; Kadr dəyişikliklərinin (işə qəbul, vəzifə dəyişikliyi, əmək haqqı dəyişiklikləri, xitamlar və s.) sistemdə düzgün əks etdirilməsinə nəzarət etmək; Əmək haqqı və iş vaxtı uçotu ilə bağlı əməkdaşların müraciətlərini cavablandırmaq; İnsan resursları informasiya sistemlərində məlumatların aktuallığını və düzgünlüyünü təmin etmək; Əmək qanunvericiliyinə uyğun olaraq sənədlərin hazırlanmasında iştirak etmək.

Tələblər

  • İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu, İnsan Resurslarının İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Əmək haqqı, kadr inzibatçılığı və ya HR əməliyyatları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi üzrə biliklər;
  • İş vaxtının uçotu, məzuniyyət, xəstəlik vərəqələri və əmək haqqı hesablamaları üzrə praktiki təcrübə;
  • MS Excel və 1C proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dilində işgüzar səviyyədə bilik;
  • Diqqətlilik və dəqiqlik;
  • Analitik düşüncə;
  • Məsuliyyətlilik;
  • Məxfi məlumatlarla işləmək bacarığı;
  • Vaxtın effektiv idarə olunması.
  • Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı;
  • Maraqlanan namizədlər
Geri
CO
Əmək Haqqı və HR Əməliyyatları üzrə aparıcı mütəxəssis
Company
Müraciət et
Elan tarixi: 07 iyul 2026
Son müraciət: 07 avqust 2026
Sirk?t Company
Ölkə Azərbaycan
Şəhər Bakı
İş növü Tam ştat
Mənbə ID 145179
Baxış 18

Detail.Share