Vakansiyalar
TA

Əməliyyat riskləri üzrə aparıcı mütəxəssis / baş mütəxəssis

TuranBank ASC

Əsas Vəzifələr: Bank üzrə əməliyyat risklərinin idarə olunması sahəsində məlumatların toplanmasını, təhlilini və qiymətləndirilməsini həyata keçirir, nəticələri və tövsiyələri şöbə müdirinə təqdim edir; Risk və Nəzarətin Özünüqiymətləndirməsi (RNÖ) prosesinin təşkilini və icrasını təmin edir, proses sahibləri ilə birlikdə risklərin və nəzarət mexanizmlərinin müəyyən edilməsini həyata keçirir; Biznes proseslərinin xəritələrinin (Process Mapping) hazırlanmasını və yenilənməsini koordinasiya edir, proseslərdə mövcud riskləri və nəzarət boşluqlarını müəyyən edir; Biznes proseslərinin yerində müşahidəsini həyata keçirir, proses sahibləri ilə görüşlər keçirərək risk və nəzarət mühitini qiymətləndirir; RNÖ nəticələri üzrə müəyyən edilmiş risklərin, tədbirlər planlarının və düzəldici fəaliyyətlərin icrasına nəzarət edir, aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin edir; Əməliyyat risk hadisələrinin (Operational Risk Events) qeydiyyatını, təhlilini və kök səbəb analizini həyata keçirir, təkrarlanma riskinin azaldılması məqsədilə təkliflər hazırlayır; Bank üzrə əməliyyat itkiləri məlumat bazasının formalaşdırılmasında iştirak edir, itki hadisələrinin monitorinqini və hesabatlılığını təmin edir; Yeni məhsul, xidmət, proses və sistemlərin tətbiqi zamanı risk qiymətləndirilməsini həyata keçirir, rəy və tövsiyələr təqdim edir; Daxili normativ sənədlərin, prosedurların və metodologiyaların əməliyyat riskləri baxımından nəzərdən keçirilməsində iştirak edir; Əsas Risk Göstəricilərinin (KRI – Key Risk Indicators) hazırlanmasında iştirak edir, monitorinqini həyata keçirir və limit aşmalarını təhlil edir; Risklərin idarə edilməsi üzrə hesabatların hazırlanmasını, aylıq, rüblük, yarımillik və illik risk göstəricilərinin toplanmasını, emalını və təqdim edilməsini təmin edir; Ekoloji, sosial və idarəetmə (ESG) riskləri, xüsusilə ekoloji risklərin idarə olunması sahəsində məlumatlı olur və aidiyyəti qiymətləndirmələrdə iştirak edir; Rəhbərlik tərəfindən verilən və vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirir.

Tələblər

  • İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, riyaziyyat və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi;
  • Risklərin idarə olunması, daxili nəzarət və ya daxili audit sahəsində minimum 1 il, əməliyyat fəaliyyəti sahəsində minimum 3 il iş təcrübəsi;
  • RNÖ, KRI, əməliyyat risk hadisələri, proses xəritələri və nəzarət mexanizmləri üzrə anlayışlara malik olmaq;
  • Analitik düşünmə, riskyönümlü yanaşma, məlumatların təhlili, hesabatların hazırlanması və təqdimatı bacarığı;
  • Yüksək məsuliyyətlilik, detallara diqqət, problem həll etmə, təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı ;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı;
  • FRM, ORM və ya digər peşəkar sertifikatların olması üstünlükdür;
  • İngilis və rus dillərini bilmək üstünlükdür;
  • Vakansiyaya
Geri