Əməliyyatlar üzrə (Biznes) Assistent
"Agromach MMC" şirkəti direktorun gündəlik biznes idarəçiliyinə və iş proseslərinin koordinasiyasına köməklik göstərəcək etibarlı və nizam-intizamlı Biznes Assistent axtarışındadır. İş şəraiti: Məkan: Bakı, Azərbaycan Məşğulluq növü: Tam məşğulluq Ofisin ünvanı: Milli Məclisin yaxınlığı, "Hill Plaza" ("Hill Restaurant"-ın yanı) İş qrafiki: 09:00 – 18:00, həftədə 5 gün (rəsmi dövlət bayramları qeyri-iş günləridir) Əsas öhdəliklər: Təchizatçılardan malların satınalınması prosesinin idarə edilməsi Satışın dəstəklənməsi: müştərilərdən gələn daxil olan sorğuların emalı (müştəri axtarışına ehtiyac yoxdur) Yerli logistika və çatdırılmaların koordinasiyası İşgüzar sənədləşmənin təşkili və aparılması Direktorun operativ və inzibati tapşırıqlarının yerinə yetirilməsi ERP proqramında işləmək Namizədə dair
Tələblər
- Kişi cinsi, 23 - 30 yaş, rus dili biliyi mütləqdir Güclü təşkilatçılıq və ünsiyyət (kommunikasiya) bacarıqları Pozitivlik, məsuliyyətlilik və işə qarşı proaktiv yanaşma Multitaskinq (eyni anda bir neçə fərqli tapşırığı icra etmək) bacarığı Excel və digər ofis proqramlarından əmin istifadə Həm ofis, həm də sahə/operativ mühitdə rahat işləmək hazırlığı Əməkhaqqı və bonuslar: Sınaq müddətində: 700 – 800 AZN Sınaq müddətini uğurla başa vurduqdan sonra: 900 – 1 000 AZN + bonuslar