PC
Gözətçi (Mingəçevir)
Prime Cotton
Təsvir
Müəssisənin ərazisinin, əmlakının və maddi dəyərlərinin mühafizəsini təmin etmək; Buraxılış və obyektdaxili rejimə nəzarət etmək, əməkdaş və qonaqların giriş-çıxışını yoxlamaq; Gələn qonaqları qarşılamaq və müvafiq bölmələrə yönləndirmək; Obyektə daxil olan və çıxarılan material, məhsul və nəqliyyat vasitələrinin yoxlanılmasını həyata keçirmək; Təhlükəsizlik sistemlərindən (kamera, siqnalizasiya və s.) düzgün istifadə etmək; Şübhəli hallar, qayda pozuntuları və fövqəladə vəziyyətlər barədə rəhbərliyi məlumatlandırmaq; Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və daxili intizam qaydalarına riayət etmək
Tələblər
- Vakansiya yalnız bəy namizədlər üçün nəzərdə tutulub; Orta təhsil tələb olunur, orta texniki təhsil üstünlükdür; Mühafizə və ya təhlükəsizlik sahəsində minimum 1 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür); Təhlükəsizlik və obyektə nəzarət prosedurları üzrə bilik; Müşahidə, problem həll etmə və operativ qərarvermə bacarığı; Güclü ünsiyyət, diqqətlilik və məsuliyyətlilik; Komanda ilə işləmək və rəhbər tapşırıqlarını icra etmək bacarığı; Fiziki cəhətdən sağlam, növbəli iş rejimində işləməyə hazır olmaq; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.