Vakansiyalar
AA

Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) proqramı

Azerbaijan Airlines

Təsvir “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) proqramı” na qəbul elan edir. Proqram haqqında qısa məlumat: "Hava gəmilərinə (təyyarələrə) texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları" Azərbaycan Aviasiya Qaydalarının (AAQ-147 və AAQ-66) tələblərinə uyğun olaraq təşkil ediləcəkdir. Proqram, "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi əsasında keçirilir və proqramda iştirak edən namizədlərə təlim müddətində AZAL tərəfindən təqaüd ödəniləcəkdir. Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara, AAQ-147 tələblərinə uyğun fəaliyyət göstərən "Texniki xidmət üzrə Təlim təşkilatı" tərəfindən Tanınma Sertifikatı təqdim ediləcəkdir. “Tanınma Sertifikatı” almış şəxslər Azərbaycan Hava Yolları QSC-də müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar. İş təcrübəsi və ixtisas səviyyəsinə uyğun olaraq, həmin şəxslər gələcəkdə "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi"ni də əldə edə biləcəklər. Proqramın müddəti: 21-24 ay Tədris dili: İngilis dili

Tələblər

  • İngilis dili biliyi: B1 və ya daha yüksək səviyyədə;
  • Riyaziyyat/Cəbr biliyi: Minimum orta məktəb proqramı səviyyəsində;
  • Fizika biliyi: Orta məktəb proqramı səviyyəsində və daha yüksək;
  • Yaş: 18-32 yaş arası.
  • Qeyd: Tələblərə cavab verən namizədlərin İngilis dili, Fizika və Riyaziyyat üzrə bilikləri imtahan vasitəsilə yoxlanılacaq.
  • İmtahandan uğurla keçən namizədlər Aviasiya mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə ediləcəklər.
  • Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər proqrama cəlb ediləcəklər.
  • MAA Texniki Xidmət üzrə Təlimləri haqqında məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.
  • https://naa.edu.az/az/centers/mto/.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Geri
AA
Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) proqramı
Azerbaijan Airlines
Müraciət et
Elan tarixi: 05 iyul 2026
Son müraciət: 05 avqust 2026
Ölkə Azərbaycan
Şəhər Bakı
Kateqoriya Mühəndislik
İş növü Tam ştat
Mənbə ID 144946
Baxış 0

Detail.Share