Vakansiyalar
WM

HR Mütəxəssisi

World Metal Industry

World Metal Industry komandamıza qoşulacaq məsuliyyətli və ünsiyyətcil xanım HR Mütəxəssisi axtarır.

Vəzifə öhdəlikləri

  • Vakansiyaların hazırlanması, elanların yerləşdirilməsi və namizəd axınının təşkili;
  • Daxil olan CV-lərin qiymətləndirilməsi, uyğun namizədlərin müəyyən edilməsi və müsahibələrin təşkili;
  • Müxtəlif platformalar vasitəsilə namizədlərin axtarışı və işə cəlb olunması;
  • İşə qəbul prosesinin bütün mərhələlərinin koordinasiya edilməsi;
  • Namizədlərlə davamlı əlaqənin saxlanılması və nəticələr barədə məlumatlandırılması;
  • İşçi ehtiyaclarının müəyyənləşdirilməsi və kadr planlaşdırılmasına dəstək göstərilməsi;
  • Əmək müqavilələrinin, işə qəbul, məzuniyyət və digər kadr sənədlərinin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin və məlumat bazasının aparılması;
  • Davamiyyət və iş vaxtı uçotunun izlənilməsi;
  • Yeni işçilərin adaptasiya prosesinin təşkil olunması və sınaq müddətlərinin izlənilməsi;
  • İşçi məmnuniyyətinin artırılmasına yönəlmiş tədbirlərdə iştirak;
  • Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin təmin edilməsi;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
  • Məsuliyyətli, operativ və ünsiyyətcil olmaq;
  • Komandada işləmək bacarığı.
  • Üstünlük hesab olunur: HR sahəsində iş təcrübəsi;
  • MS Office proqramlarında işləmək bacarığı.
  • İş şəraiti: Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə 10:00–19:00, Şənbə 10:00–14:00;
  • Karyera inkişafı imkanı;
  • Mehriban iş mühiti;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
  • Qeyd: Vakansiya üzrə yalnız xanım namizədlərin müraciəti nəzərdə tutulur.
  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “HR Mütəxəssisi” qeyd etməklə
Geri