İdarəçilik, Risk və Uyğunluğun Qiymətləndirilməsi (GRC) üzrə baş mütəxəssis
Təsvir
Korporativ idarəetmə (Governance), risklərin idarə olunması (Risk Management) və uyğunluq (Compliance) sistemlərinin yaradılması və təkmilləşdirilməsi proseslərində iştirak etmək; Daxili normativ sənədlərin (siyasət, prosedur, qayda və təlimatlar) hazırlanması, yenilənməsi və idarə olunmasını təmin etmək; Risklərin idarə olunması metodologiyalarının hazırlanması və tətbiqində iştirak etmək; Korporativ risk reyestrinin hazırlanması, monitorinqi və dövri yenilənməsini həyata keçirmək; Uyğunluq (Compliance) proseslərini icra etmək və normativ tələblərə əməl olunmasına nəzarət etmək; Biznes proseslərinin təhlili, optimallaşdırılması və standartlaşdırılması üzrə təkliflər hazırlamaq; Rəhbərlik üçün hesabatlar, təqdimatlar və analitik məlumatlar hazırlamaq; ISO 9001, ISO 27001, ISO 31000, ISO 37301 və digər idarəetmə standartlarının tətbiqinə dəstək vermək; Daxili və xarici audit proseslərində iştirak etmək; GRC sahəsində daxili maarifləndirmə və metodoloji dəstək göstərmək.
Tələblər
- Təcrübə: GRC və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi; Təhsil : İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Hüquq, Biznesin İdarə Olunması, İqtisadiyyat və ya digər uyğun sahə üzrə ali təhsil; Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; Rus dili – üstünlükdür; Korporativ idarəetmə, risklərin idarə olunması və uyğunluq (GRC) prinsipləri üzrə bilik və praktiki təcrübə; Biznes proseslərinin təhlili, daxili normativ sənədlərin hazırlanması və risklərin idarə olunması sahəsində təcrübə; ISO 9001, ISO 27001, ISO 31000 və ISO 37301 standartları üzrə bilik (sertifikat üstünlükdür); COBIT Governance Framework, ITIL, CRISC, ISO 31000 Risk Management və digər GRC çərçivələri üzrə biliklər üstünlükdür; Analitik düşünmə, təşkilatçılıq, problem həll etmə və effektiv ünsiyyət bacarıqları;