İnformasiya sistemləri üzrə baş mütəxəssis (Sistem admin)
Təsvir
İnfrastrukturun texniki dizaynını, resurs planlamasının və inkişaf istiqamətlərinin müəyyən edilməsi; Serverlər, virtualizasiya və konteyner sistemləri üzrə optimallaşdırma və miqrasiya proseslərinin həyata keçirilməsi; Microsoft 365-in (Azure AD, Exchange Online, Teams, SharePoint) inzibatçılığını həyata keçirmək; hibrid identity, MFA və Conditional Access mexanizmlərini idarə etmək; VMware mühitinin (ESXi, vCenter, HA, DRS, vMotion) yerində qurulması və idarə edilməsi; resurs optimallaşdırması və yüksək ərişəbilirliyin təmin edilməsi; Mikroservis mühitlərində avtomatlaşdırılmış yerləşdirmə və inteqrasiyaya nəzarət edilməsi; CI/CD və avtomatlaşdırma proseslərinin işləkliyini təmin edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi; İnfrastruktur monitorinqi və loglama sistemlərinin düzgün işləməsinə nəzarət edilməsi; İnfrastrukturun fəlakətdən bərpa planlarının hazırlanması və testlərinin aparılması; Yeni texnologiyaların tətbiqi üçün sınaq və qiymətləndirmə işlərinin aparılması,İT infrastrukturunun Linux əsaslı server və xidmətlərinin fasiləsiz işləməsinin təmin edilməsi; Backup və bərpa mexanizmlərini (Veeam Backup & Replication) idarə etmək; RPO/RTO hədlərini təmin etmək və bərpa sınaqlarını icra etmək; Serverlərdə sistem və tətbiq səviyyəsində nasazlıqlarının müəyyən edilməsi, bərpa və optimallaşdırma tədbirlərinin görülməsi; Mikroservis infrastrukturunun işləkliyinə nəzarət edilməsi, konteynerlərin (Docker, containerd) idarəsinin və xidmətlərin sabitliyinin təmin edilməsi; Konteyner orkestrasiya sistemləri (Kubernetes, Nomad) vasitəsilə sistemlər arasında resurs idarəetməsinin və miqyaslanmanın həyata keçirilməsi; CI/CD proseslərində (GitLab CI, Jenkins) sistem mühitlərinin sabitliyinə və buraxılış ardıcıllığına nəzarət edilməsi; Avtomatlaşdırma vasitələri (Ansible, Terraform) ilə sistemlərin konfiqurasiya və yerləşdirmə proseslərinin həyata keçirilməsi; Backup və bərpa mexanizmlərinin işləməsinə nəzarət edilməsi, ehtiyat nüsxələrin saxlanması və bərpa sınaqlarının icra edilməsi; Sistem resurslarının istifadəsinin izlənməsi, performans göstəricilərinin təhlil edilməsi və optimallaşdırma təkliflərinin verilməsi; Monitorinq və loqlama sistemlərindən (Prometheus, Grafana, ELK) istifadə edərək infrastrukturun vəziyyətinin izlənməsi; Sistemlərdə baş verən dəyişikliklərin sənədləşdirilməsi və Git mühitində qeydiyyata alınması; Vəzifəcə kiçik inzibatçılara texniki dəstək və məsləhət verilməsi, bilik paylaşımında iştirak edirlməsi; Yeni texnologiyaların tətbiq edilməsi, test mühitlərinin hazırlanması və nəticələrin qiymətləndirilməsində iştirak edilməsi;
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi) Sistem inzibatçılığı sahəsində ən azı 5 il iş təcrübəsi; Linux əməliyyat sistemləri (RedHat, Ubuntu) üzrə dərin bilik və təcrübə; RHСSA, MCSA, VCTA , Bulud Sistemləri ( Azure Cloud, O365) inzibatçı olaraq ən azı 2 illik iş təcrübəsi; Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy; VMware (ESXi, vCenter, HA/DRS) üzrə iş təcrübəsi; Konteyner və mikroservis mühitlərində (Docker, Kubernetes) işləmə bacarığı; Avtomatlaşdırma və IaC vasitələri (Ansible, Terraform) ilə işləmək təcrübəsi; CI/CD platformaları (GitLab CI, Jenkins) üzrə bilik və iş təcrübəsi; Monitorinq və loglama alətləri (Prometheus, Grafana, ELK) üzrə biliklər; Backup və bərpa sistemləri (Veeam Backup & Replication) üzrə bilik və təcrübə; Skriptləşdirmə bacarığı: PowerShell (məcburi), Bash, Python; Tapşırıqların texniki həllinə analitik yanaşmaq bacarığı; İnformasiya təhlükəsizliyi prinsipləri haqqında ilkin biliklər; ITIL və DevOps prinsipləri barədə anlayış; analitik düşüncə, məsuliyyət və komandada işləmək bacarığı.