PB
İnfrastruktur və Biznes sistemləri Son istifadəçilərə Dəstək istiqamətinin Kiçik Mütəxəssisi
PASHA Bank
Təsvir
Serice Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuları vaxtında cavablandırmaq və həll etmək; Telefon və İM vasitəsilə texniki dəstək mərkəzinə daxil olan bütün iş ilə bağlı sorğuların qeydiyyatını aparmaq; Əməkdaşlara verilən bütün İT avadanlıqlarının qeydiyyatını aparmaq; Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan iş ilə əlaqəli sorğulara baxılmasını prioritetləşdirmək; Service Desk vasitəsi ilə qeydiyyata alınan, lakin Son istifadəçilərə Dəstək qrupuna aid olmayan sorğuları vaxtında Help Desk qrupuna yönəltmək; Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə məsləhət vermək.
Tələblər
- Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili; İş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il iş təcrübəsi; Xarici dil (arzuolunan): İngilis dili, Rus dili; Kompüter bilikləri: Microsoft OS və Office; Məhsul biliyi: Texniki dəstək sistemi; Bazar biliyi: İnzibati / texniki dəstək üzrə təcrübə; Digər: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratmaq bacarığı.