Vakansiyalar
İV

İnnovasiya strategiyası üzrə aparıcı mütəxəssis (Strategy Specialist)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Təsvir

İnnovasiya siyasəti və strategiyasının formalaşdırılması prosesində analitik dəstəyin göstərilməsi; İnnovasiya proqramlarının dizaynı və tərtibinin hazırlanması; Vençur, kraudfandinq və "mələk investor" fəaliyyətinin tənzimlənməsi, habelə qiymətli kağızlar bazarı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin araşdırılması və təhlili; İKT sahəsində müstəqil fəaliyyət göstərən mütəxəssislər (frilanserlər) üçün hüquqi çərçivənin və vergi güzəştlərinin formalaşdırılması üzrə tədqiqatların aparılması; Maliyyə texnologiyalarının inkişafı üçün mövcud normativ hüquqi bazanın sadələşdirilməsi istiqamətində təkliflərin hazırlanması; İnnovasiya ekosisteminə dair strateji sənədlərin, hesabatların, analitik materialların və təqdimatların hazırlanması; Yerli və beynəlxalq innovasiya trendlərinin, təcrübələrin monitorinqi və strateji istiqamətlərə tərəfdaşlığın qiymətləndirilməsi; Dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirak payının artırılması üzrə tədbirlərin planlaşdırılmasında iştirak etmək; Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər strateji vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, hüquq, dövlət idarəetməsi, texnologiya siyasəti və ya əlaqəli sahələrdə; magistr dərəcəsinə üstünlük verilir); Sahə üzrə minimum 3 il iş stajı (innovasiya siyasəti, strateji planlaşdırma, tənzimləmə və ya əlaqəli sahədə); Normativ hüquqi aktların təhlili və siyasət sənədlərinin hazırlanması bacarığı; Analitik düşüncə, tədqiqat və hesabat hazırlama bacarıqları; Komanda işi, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma; Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.
Geri