İnşaat Mühəndisi (Özbəkistan Gips Zavodu)
Təsvir
Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq; Ümumi plan cizgilərinin, yığım cizgilərinin və detal cizgilərinin hazırlanması; Raportların alınması, forma-2 və sahə üzrə digər sənədlərin hazırlanması; Sifarişçi cizgilərində baş vermiş dəyişikliyə görə istehsalat cizgilərinin reviziyası; Müvafiq mühəndislik dərəcəsi olmalıdır; Çertyoj və konstruksiya proqramlarında işləmə bacarığı arzuolunandır; Kəsim planlarının və qaynaq raportlarının hazırlanması; Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək; Tikinti işlərinin tikinti normalarına, qaydalarına və normativlərinə riayət edilməsinə nəzarət etmək; Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək; Tikinti-quraşdırma işlərinin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət etmək; Normativ sənədlərin tikinti prosesinə uyğun yazılmasına nəzarət etmək; Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək.
Tələblər
- Təhsil: Ali; İş təcrübəsi: 5 ildən artıq; Yaş həddi: 35-50; Kompüter bilikləri: AutoCad, Tekla, MS Office; Dil bilikləri: Azərbaycan və Rus dilləri; Ölkədaxili və ölkəxarici ezamiyyə imkanları; İş şəraiti: İş qrafiki: 6 günlük; İstirahət; Bazar; İş yeri: Özbəkistan, Kamaşi şəhəri. Şəxsi keyfiyyətlər; Məsuliyyətlilik; Diqqətlilik və dəqiqlik; Komanda ilə işləmək bacarığı; Stressə davamlılıq; Fiziki dözümlülük; Səliqəlilik və nizam-intizam; Ətraflı təfəkkür. Biz nə təklif edirik: Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik) Peşəkar inkişaf üçün təlimlər və seminarlar. Dinamik və gənc komanda ilə iş imkanı.