Vakansiyalar
LE

İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis (Simurq Liseyi)

Landau Education Group

Təsvir

ƏMAS sistemi üzərindən əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam prosesinin həyata keçirilməsi; Məzuniyyət cədvəlinin hazırlanması, ƏM əsasən rəsmiləşdirilməsi, uçotunun aparılması və müəyyən olunmuş qrafikə uyğun istifadəsinin təmin edilməsi; İşçilərin hazırkı və keçmiş fəaliyyəti ilə bağlı arayışların, məktubların, xasiyyətnamələrin və digər rəsmi sənədlərin hazırlanması; Ezamiyyət əmrlərinin və ezamiyyət vərəqələrinin hazırlanması və rəsmiləşdirilməsi; İşçilərə dair məlumat bazasının yaradılması və mütəmadi yenilənməsi; Yeni əmək haqqı kartlarının sifarişi, müddəti bitmiş və ya itirilmiş kartların yenidən bərpası; İşçilərin turniket kartları ilə təmin olunması, gündəlik davamiyyətin elektron sistem üzərindən izlənməsi və aylıq tabelin hazırlanması; İşçilərin şəxsi işlərinin formalaşdırılması, sistemləşdirilməsi və xitam sənədlərinin arxivləşdirilməsi; Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və Sosial məzuniyyət sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və E-Gov portalına daxil edilməsi.

Tələblər

  • Ali təhsil; Səlis Azərbaycan dili ,rus dili və ingilis dili biliyi isə arzuolunandır; İnsan Resursları əməliyyatları və sənədləşmə sahəsində minimum 2 il iş təcrübəsi; ƏMAS sistemi və elektron hökumət portalları ilə işləmək bacarığı; Əmək qanunvericiliyi üzrə yüksək bilik və tətbiqetmə bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş saatları: 9:00 - 18:00 (həftədə 5 dəfə); İş yeri: Simurq Liseyi Gənclik korpusu Həyat yığım sığortası; Uşaqlara məktəb endirimləri; Peşəkar inkişaf imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Geri