Vakansiyalar
AA

İnsan Resursları üzrə aparıcı mütəxəssis (Data analitik)

Azərpambıq ASK MMC

Təsvir

Excel-də qabaqcıl analiz və avtomatlaşdırma (pivot cədvəllər, makro, mürəkkəb formullar) vasitəsilə hesabat proseslərinin optimallaşdırılması; Şöbələr üzrə rüblük iş yükü analizinin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi; Gündəlik, həftəlik, aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması və təhlili; Ştat cədvəlləri ilə faktiki işçi sayının müqayisəsi, müvafiq hesabatların hazırlanması və yoxlamaların aparılması; İşçilərin iş vaxtının uçotunu əks etdirən tabel cədvəllərinin müntəzəm hazırlanması və aparılması; İnsan resursları ilə bağlı bütün növ məlumat və hesabatların təhlil edilməsi; Cəmiyyətin işçilərinin işə davamiyyətinin izlənməsi, qeydiyyatı və əlaqəli struktur rəhbərliyə davamiyyət hesabatlarının hazırlanması; İşçilərin məzuniyyət hüququnun hesablanması, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin izlənməsi və nəzarətin həyata keçirilməsi; Məzuniyyət cədvəllərinin hazırlanması, şöbələr üzrə məzuniyyət planlaşdırmasının koordinasiyası və pozuntuların rəhbərliyə çatdırılması; Məlumat və hesabatlardakı boşluqların, uyğunsuzluqların aşkarlanması, düzəlişlərin tətbiqi və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsi; İnsan resursları şöbəsinin bütün kadr əməliyyatları üzrə hesabatlarının hazırlanması; Rəhbərlik qərarlarının məlumat əsaslı (data-driven) şəkildə dəstəklənməsi məqsədilə analitik hesabat və təqdimatların hazırlanması; Mövcud daxili HR məlumatlarının xarici statistik göstəricilər və sənaye meyarları ilə müqayisəli analizinin aparılması.

Tələblər

  • Yalnız bəy namizədlər Ali təhsil ( Biznesin idarə edilməsi, iqtisadiyyat və ya riyaziyyat sahəsi üzrə); İş təcrübəsi Müvafiq sahə üzrə 2 ildən az olmayaraq əmək stajı (İR data analitikasında təcrübəyə malik); Yüksək səviyyədə MS Office bilikləri (Excel yüksək səviyyədə); Süni intellekt (Aİ tools) və digər qabaqcıl sistemlərdən istifadə etmə; 1C 8.3 ERP proqram təminatında işləmək ; ƏMAS portalında işləmək; Əmək qanunvericiliyi üzrə nəzəri biliklər; Analitik düşünmə bacarığı; Komandada işləmə bacarığı; Planlaşdırma və problem həll etmə bacarığı ; Yaş: 25-35 (ezamiyyətlərə açıq kişi namizədlərə üstünlük verilir) ; İş rejimi: 5 gün Həftədə 40 saat İstirahət günləri: şənbə və bazar
Geri