Vakansiyalar
PB

İstedadların İdarə Edilməsi departamentinin Mükafatlandırma istiqamətinin Mütəxəssisi

PASHA Bank

Təsvir

Mənfəətlər üzrə İdarəetmə strategiyasının, təşəbbüslərin tərtib edilməsi, tətbiqi və idarə edilməsində dəstək; Mənfəət planlarının, proqramlarının və siyasətlərinin tədqiqat və təhlili; Mənfəət təkliflərinin təyin edilməsi, bu barədə işçilərin məlumatlandırılmasına nəzarət; Aylıq və Rüblük istifadə olunmuş mənfəətlər üzrə hesabatların tərtib edilməsi və təhlili; Rəqabətli mənfəətlərin təyin edilməsi, strukturun yaradılması və yenilənməsi; İşçilər üçün Mənfəətlər üzrə broşurların hazırlanması;Rüblük və illik mükafatların vaxtında hesablanması və nəzarətdə saxlanması; Biznes tələblərinə uyğun olaraq bütün bankda maaşa baxılmasının həyata keçirilməsi (maaş sorğularının keçirilməsi, maaş aralıqlarının yenilənməsi və daxili ədalət prinsipinin qorunması daxil olmaqla); Mükafat hesablama sistemində mövcud əməliyyatların düzgün şəkildə işləməsinə nəzarət, lazım olduğu təqdirdə yeni infotiplərin daxil edilməsi, yeni hesabatların, əməliyyatların yaradılması üçün müvafiq müraciətlərin edilməsi; Müvafiq sahə üzrə sorğularda iştirak. Tələb olunan məlumatların təqdim edilməsi, sorğunun nəticələri əsasında təhlil və tələb olunan dəyişikliklər barədə rəhbərliyə təkliflərin verilməsi.

Tələblər

  • Təhsil: Ali təhsil (bakalavr dərəcəsi); Tələb olunan iş təcrübəsi: minimum 2-4 il (İR əməliyyat, Güzəşt və Mənfəət və ya digər İR sahələri, Marketinq, Satış sahələrində təcrübə arzuolunandır); Xarici dillər: İnglis dili; Kompüter bilikləri: MS ofis proqramları; Başqa tələblər: Güclü ünsiyyət və danışıq bacarığı, Komanda işi bacarığı.
Geri