Vakansiyalar
SA

İstehsalat uçotu üzrə mühasib

SAMT

"SAMT" MMC-də " İstehsalat uçotu üzrə mühasib " vakansiyası mövcuddur. İş yeri: Sumqayıt / Xızı Əsas öhdəliklər: İstehsalat xərclərinin uçotunu aparmaq və maya dəyərinin düzgün formalaşdırılmasını təmin etmək; Hazır məhsul, yarımfabrikat və yarımçıq istehsalat (WIP) üzrə uçot və qiymətləndirmə proseslərini həyata keçirmək; Normativ və faktiki maya dəyəri göstəricilərini təhlil etmək, kənarlaşmalar üzrə hesabatlar hazırlamaq; Birbaşa və dolayı istehsalat xərclərinin uçotunu aparmaq və xərc mərkəzləri üzrə bölüşdürülməsini təmin etmək; Anbar və istehsalat əməliyyatlarının düzgünlüyünə nəzarət etmək, inventarizasiya proseslərində iştirak etmək; Aylıq və rüblük idarəetmə hesabatlarının hazırlanmasında iştirak etmək; Audit və vergi yoxlamaları zamanı istehsalat uçotu üzrə məlumatları təqdim etmək; İstehsalat departamenti ilə koordinasiyalı işləmək və müvafiq sənədlərin arxivləşdirilməsini təmin etmək.

Tələblər

  • İqtisadiyyat, maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • İstehsalat müəssisəsində minimum 1-3 il iş təcrübəsi;
  • IFRS üzrə biliklər;
  • ERP sistemləri və Microsoft Office proqramları üzrə yaxşı biliklər;
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus dili biliyi üstünlük hesab olunur;
  • Analitik düşünmə, problem həll etmə və hesabat hazırlama bacarığı;
  • Məsuliyyətlilik və effektiv ünsiyyət bacarıqları.
  • Şirkət tərəfindən verilən imtiyazlar: Nahar;
  • Könüllü tibbi sığorta;
  • Korporativ mobil nömrə;
  • İdman abonəliyi;
  • Servis nəqliyyatı.
  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İstehsalat uçotu üzrə mühasib” qeyd etməklə
Geri