İT biznes analitik (Middle / Lead)
Təsvir
Layihələr üzrə texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması; Maraqlı tərəflərlə görüşlərin təşkili, tələblərin toplanması və dəqiqləşdirilməsi; Toplanan tələblərin analiz edilməsi, optimallaşdırılması və razılaşdırılması; Funksional və qeyri-funksional tələblərin sənədləşdirilməsi və prioritetləşdirilməsi; İstifadəçi hekayələrinin (user stories), qəbul meyarlarının (acceptance criteria) və istifadə ssenarilərinin hazırlanması; Proses diaqramlarının və Use Case-lərin hazırlanması (BPMN 2.0 əsasında); Eskiz və prototiplərin hazırlanması, təqdimatı və rəylərin toplanması; Hazırlanmış funksionallıqların ilkin testlərinin aparılması; Tapşırıqların planlaşdırılması, prioritetlərin və mərhələlərin (milestones) müəyyən edilməsi; Mövcud sistemlərə dəstək göstərilməsi və yeni tələblərin tətbiq olunması; Komanda ilə SCRUM görüşlərində iştirak və tapşırıqların müzakirə olunması; İstifadəçi və inzibatçı təlimatlarının hazırlanması, təqdimat və təlimlərin təşkili. İş şəraiti: İş günləri: I–V günlər; İş saatı: 09:00–18:00.
Tələblər
- Ali təhsil (Biznes, İT və ya əlaqəli sahə üzrə); Azərbaycan dili – əla səviyyədə, ingilis dili – texniki səviyyədə, rus dili – üstünlük hesab olunur; İT layihələrində minimum 2 il biznes analitiki və ya məhsul sahibi (Product Owner) kimi təcrübə; Analitik düşünmə və tələblərin düzgün formalaşdırılması bacarığı; Operativ qərarvermə və yüksək məsuliyyətlilik; BPMN 2.0 və UML diaqramları ilə işləmə bacarığı; Eskiz və prototipləşdirmə alətləri (Figma, Balsamiq və s.) ilə işləmə təcrübəsi; Layihə idarəetmə alətləri (Jira, ClickUp, Azure Boards və s.) ilə işləmə bacarığı; SCRUM metodologiyası üzrə biliklər və komanda ilə işləmə təcrübəsi; API və SQL üzrə baza biliklər; UI/UX prinsipləri barədə anlayış; Proqram təminatının hazırlanma mərhələləri (SDLC) üzrə biliklər.