Vakansiyalar
MA

Keyfiyyətin idarə olunması üzrə mütəxəssis

Mətanət A Şirkətlər Qrupu

Təsvir

Proses sahibləri ilə birlikdə şirkətin bütün şöbələri üçün mətn formatında prosedurların və reqlamentlərin yazılması; Biznes proseslərin əyani şəkildə göstərilməsi üçün blok-sxemlərin və addım-addım alqoritmlərin (Visio/BPMN) tərtib edilməsi; İş gedişatında əməkdaşların doldurmalı olduğu hesabat, akt, yoxlama siyahısı (checklist) və qeydiyyat jurnallarının şablonlarının layihələndirilməsi; Proseslər dəyişdikdə şöbələrdən rəylərin toplanması, qüvvədə olan təlimatların optimallaşdırılması və onlara düzəlişlərin edilməsi; İş yerlərinin, istehsalat xətlərinin və ofis proseslərinin təsdiq olunmuş təlimatlara tam uyğunluğunun müntəzəm auditi; Əməkdaşlar tərəfindən işçi formaların, jurnalların və yoxlama siyahılarının düzgün, dolğun və vaxtında aparılmasının yoxlanılması; İstənilən uyğunsuzluqların (faktiki işin prosedurda yazılanlardan fərqləndiyi halların) aşkarlanması və ətraflı sənədləşdirilməsi; Qaydalar pozulduqda bunun səbəbinin araşdırılması — pozuntunun əməkdaşların səhlənkarlığından, yoxsa prosedurun köhnəlməsindən qaynaqlandığının müəyyən edilməsi; Aşkarlanmış pozuntuların kritiklik dərəcəsini və onların aradan qaldırılması üçün tövsiyələri əks etdirən ətraflı hesabatların keyfiyyətin təminatı (QA) şöbəsinin rəhbərinə təqdim edilməsi;

Tələblər

  • Ali təhsil (Magistr arzuolunandır); Keyfiyyət sahəsində minimum 2 (bir) il iş təcrübəsi; Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır); Sertifikatlar: ISO 9001; MS Office (Visio, Excel, Word, PowerPoint və Outlook), Süni İntellekt üzrə sərbəst işləmə bacarığına malik olmalı; Ölkədaxili ezamiyyət imkanları. Şəxsi keyfiyyətlər: Problem həll etmə qabiliyyəti; Çeviklik, uyğunlaşma; Ünsiyyət yaratmaq bacarığı; İşə planlı yanaşma; Nəticəyə fokuslanma; Məlumat alma bacarığı, tələbkarlıq. İş şəraiti: 5 günlük İstirahət şənbə və bazar günü Ünvan: Xətai 34 (Luxen Plaza) Biz nə təklif edirik: Əmək haqqı: Razılaşma yolu ilə; Şəhərin mərkəzində ofis; Bonus sistemi Dinamik və gənc komanda ilə iş imkanı.
Geri
MA
Keyfiyyətin idarə olunması üzrə mütəxəssis
Mətanət A Şirkətlər Qrupu
Müraciət et
Elan tarixi: 22 iyul 2026
Son müraciət: 21 avqust 2026
Ölkə Azərbaycan
İş növü Tam ştat
Səviyyə Rəhbər
Mənbə ID 72550
Baxış 16

Detail.Share