Vakansiyalar
İV

Kibertəhlükəsizliyin tədrisi üzrə mentor (Blue team)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Təsvir

Ekspert kibertəhlükəsizlik fənlərinin praktiki tədrisi, laboratoriya və simulyasiya mühitlərinin qurulması, CTF ssenarilərinin dizaynı və icrası, SIEM/SOC alətləri üzrə təlimlər, habelə imtahan və qiymətləndirmə proseslərinin idarə edilməsi üzrə məsuliyyət daşıyacaq. Vəzifə dərin texniki hazırlıqla yanaşı, güclü pedaqoji, təşkilati və kommunikasiya bacarıqları tələb edir; Kibertəhlükəsizlik fənlərinin praktiki tədrisini həyata keçirmək və tələbələrin bilik boşluqlarının aradan qaldırılmasına (Gap Closure) dəstək göstərmək; Hands-on laboratoriya sessiyalarını hazırlamaq, texniki mühiti qurmaq və sessiyaları aparmaq; CyWaria və Cyber Range platformalarında CTF ssenarilərini dizayn etmək, konfiqurasiya etmək və icrasını təmin etmək; SIEM/SOC alətləri (Splunk, Wazuh, QRadar və s.) üzrə praktiki təlimlər keçirmək; Hücum (Red Team) və müdafiə (Blue Team) texnikalarının nümayişini və praktiki tətbiqini təşkil etmək; İmtahan mühitini qurmaq, qiymətləndirmə prosesini aparmaq və rəy (feedback) dövrlərini idarə etmək; Vendor məhsulları üzrə təlim proqramlarını hazırlamaq və tədris etmək; Tədris fəaliyyətinə dair sənədləşdirmə, hesabatlılıq və monitorinq proseslərində iştirak etmək.

Tələblər

  • İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil və ya müvafiq sahə üzrə beynəlxalq sertifikasiya; Kibertəhlükəsizlik sahəsində ən azı 1 il praktiki iş təcrübəsi (tədris və ya təlim təcrübəsi arzuolunandır); SIEM/SOC alətlərindən (Splunk, Wazuh, QRadar və s.) ən azı biri üzrə praktiki iş bacarığı; Red Team və Blue Team metodologiyaları, şəbəkə təhlükəsizliyi və virtual laboratoriya mühitləri üzrə praktiki biliklər; Azərbaycan dilində səlis bilik; ingilis dilində texniki sənədlərlə işləmək və peşəkar ünsiyyət qurmaq bacarığı — B2 (Upper-Intermediate) səviyyəsi üstünlükdür, minimum B1; Güclü təqdimat, auditoriya idarəetmə və komanda ilə iş bacarıqları; Kurikulum və sillabus dizaynında iştirak; pedaqoji/instruksional metodikaların hazırlanmasına dəstək; kibertəhlükəsizlik fənn ekspertizası; qiymətləndirmə və rəy metodologiyası; auditoriyanın idarə olunması; SIEM/SOC alətləri (Splunk, Wazuh, QRadar və s.); CTF dizaynı; Cyber Range / CyWaria platformaları; virtual laboratoriya və simulyasiya mühitinin qurulması; hands-on və Red/Blue Team praktikası; şəbəkə təhlükəsizliyi; Proses və prosedur idarəetməsi altında işləmək; sənədləşdirmə və hesabatlılıq; nəzarət/monitorinq; imtahan administrasiyası; əməliyyat koordinasiyası; Tələbə və komandalarla kommunikasiya; tədbir koordinasiyası; rəy toplanması; təqdimat bacarıqları; Data təhlili və hesabat hazırlama; bazar və tələb araşdırması; elmi-texniki yazı; tədris materiallarının uyğunluq qiymətləndirməsi; Beynəlxalq sertifikatlardan biri və ya bir neçəsi: CompTIA Security+, CompTIA CySA+ (Cybersecurity Analyst+), CSAP (CompTIA Security Analytics Professional), SAL1 (Security Analyst Level 1), BTL1 (Blue Team Level 1), eCIR (INE Certified Incident Responder) və ya Cyber Security Train The Trainer proqramı; Aşağıda qeyd edilən tələblərin namizddə olması arzuolunandır: Beynəlxalq səviyyədə CTF yarışlarında iştirak, ssenari hazırlama və ya təşkilatçılıq təcrübəsi; Beynəlxalq səviyyədə Cyber Range, CyWaria və oxşar simulyasiya platformalarında iş təcrübəsi; Beynəlxalq səviyyədə kurikulum, sillabus və tədris materiallarının hazırlanması təcrübəsi;
Geri