Kiçik inspektor (Yevlax və Mingəçevir regionları üzrə)
Təsvir
Sərnişin və yük daşımalarının qanunvericiliyə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək; “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların həyata keçirilməsinin qarşısını almaq; Daşıyıcılara normativ hüquqi tələblər üzrə maarifləndirmə dəstəyi göstərmək; Sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək; Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin vizual yoxlama aparmaq; Mövcud tariflərə uyğun gediş haqqı qiymətlərinin tətbiqinə nəzarət etmək; İnzibati xətaların aşkar olunmasında və müvafiq tədbirlərin görülməsinə iştirak etmək; Aşkarlanmış pozuntular barədə ilkin məlumatların vaxtında sistemə daxil edilməsinə dəstək göstərmək; Daşıyıcılardan daxil olan sual və müraciətlərin ilkin qeydiyyatını aparmaq.
Tələblər
- Orta ixtisas təhsili (nəqliyyat sahəsi üzrə). Ali təhsilin olması üstünlükdür; Müvafiq sahə üzrə iş təcrübəsinin olması üstünlükdür; Azərbaycan dili – sərbəst səviyyədə; MS Office proqramları barədə ilkin biliklər; Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyi və normativ aktları bilmək; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər; Aydın və nəzakətli ünsiyyət qurmaq bacarığı; Tapşırıqları vaxtında və dəqiq icra etmək; Komanda ilə əməkdaşlıq etmək bacarığı; Məsuliyyətlilik və nizam-intizam.