Vakansiyalar
AM

Konstruksiya quraşdırıcısı

Azfen MMC

Vəzifə öhdəlikləri

  • Metal konstruksiyaların, detalların və elementlərin verilmiş layihə, cizgi və eskizlər əsasında hazırlanması və quraşdırılması işlərini icra etmək.
  • İstehsalat tapşırıqlarını müəyyən edilmiş norma, prosedur və keyfiyyət tələblərinə uyğun yerinə yetirmək.
  • Ölçü götürmək, işarələmə aparmaq, metal materialları kəsmək, yonmaq, cilalamaq və digər hazırlıq işlərini həyata keçirmək.
  • Hazırlanmış detalların yığılmasını təmin etmək, qaynaq işləri üçün konstruksiyaları hazırlamaq və ya bolt, qoz və digər birləşdirmə vasitələri ilə montaj etmək.
  • Metal konstruksiyaların və elementlərin montaj yerinə daşınması və quraşdırılması prosesində yükqaldırıcı mexanizm və avadanlıqlardan təhlükəsiz istifadə etmək.
  • İrihəcmli və ağır çəkili konstruksiyaların hazırlanması və quraşdırılması işlərini müvafiq texniki vasitələrin köməyi ilə yerinə yetirmək.
  • İstifadə olunan alət, avadanlıq və quraşdırma ləvazimatlarının saz vəziyyətdə saxlanılmasına və düzgün istismarına nəzarət etmək.
  • İş yerinin təhlükəsizliyini təmin etmək, riskləri vaxtında müəyyən etmək və rəhbərliyə məlumat vermək.
  • İş prosesindən əvvəl və sonra iş sahəsini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən edilmiş qaydada toplamaq və utilizasiyaya yönləndirmək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.

Tələblər

  • Orta və ya peşə təhsili (metal konstruksiyaların hazırlanması, montaj və ya əlaqəli sahələr üzrə üstünlükdür).
  • Metal konstruksiyaların hazırlanması və quraşdırılması sahəsində minimum 3 il iş təcrübəsi.
  • Texniki cizgiləri, eskizləri və montaj sxemlərini oxumaq bacarığı.
  • Ölçü alətləri və əl alətləri ilə işləmək bacarığı.
  • Metal kəsmə, işarələmə, yığma və montaj işləri üzrə bilik və təcrübə.
  • Yükqaldırıcı mexanizmlərlə işləmək qaydaları haqqında məlumatlı olmaq.
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq.
  • Fiziki cəhətdən sağlam və sahə şəraitində işləmək qabiliyyəti.
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair biliklərə malik olmaq.
  • İş şəraiti İş yeri: Bayıl İş qrafiki: Həftə içi: 07:15 – 17:00 Şənbə: 07:15 – 15:30 İmkanlar: Nahar və servis təmin olunur Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Geri
AM
Konstruksiya quraşdırıcısı
Azfen MMC
Müraciət et
Elan tarixi: 23 iyun 2026
Son müraciət: 23 iyul 2026
Sirk?t Azfen MMC
Ölkə Azərbaycan
Şəhər Bakı
Kateqoriya Mühəndislik
İş növü Tam ştat
Mənbə ID 143937
Baxış 18

Detail.Share