Vakansiyalar
BV

Korporativ kreditlər üzrə analitik

Bank VTB (Azərbaycan)

Təsvir

Müştərilərin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin aparılması və kredit qabiliyyətinin qiymətləndirilməsi; Kredit layihələrinin hazırlanması və kredit sazişlərinin strukturlaşdırılması; Kredit sifarişlərinin və müvafiq sənədlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi; Kiçik və orta biznes müştərilərinin kreditləşdirilməsi prosesinin təşkili və idarə olunması; Mövcud borcalanların maliyyə və iqtisadi fəaliyyətinin monitorinqinin həyata keçirilməsi.

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Hüquqi şəxslərin kreditləşdirilməsi sahəsində minimum 1 il iş təcrübəsi; Maliyyə təhlili, mühasibat uçotu, idarəetmə hesabatları və bank qanunvericiliyi üzrə biliklər; Kiçik və orta biznes seqmenti, bazar mühiti və rəqabət şəraiti haqqında məlumatlılıq; Kredit risklərinin idarə olunması, girov təminatının qiymətləndirilməsi və kreditləşmə prosedurları üzrə biliklər; Rus dilində yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.
Geri