AD
Korporativ Satış və Layihələrin İdarə Edilməsi üzrə Menecer
Alpino Doors Gallery
Alpino Doors Gallery komandasına Korporativ Satış və Layihələrin İdarə Edilməsi üzrə Menecer axtarılır.
Vəzifə öhdəlikləri
- Memarlıq, dizayn və tikinti şirkətləri ilə yeni əməkdaşlıqlar qurmaq;
- Dizaynerlər, memarlar və korporativ müştərilərlə görüşlər keçirmək;
- Şirkətin məhsullarını (polad arakəsmə, qapı və sürgülü sistemlər) peşəkar şəkildə təqdim etmək;
- Potensial müştəriləri showroom-a dəvət edərək məhsullarla tanış etmək;
- Müştəri bazasını genişləndirmək və yeni layihələr cəlb etmək;
- Layihənin ilk görüş mərhələsindən təhvil verilməsinə qədər müştəri ilə davamlı əlaqədə olmaq və prosesi koordinasiya etmək;
- Satış və layihələrin icrası ilə bağlı mütəmadi hesabat vermək.
Tələblər
- Satış sahəsində iş təcrübəsi (B2B satış təcrübəsi üstünlükdür);
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Layihələri planlaşdırmaq və eyni anda bir neçə müştəri ilə işləmək bacarığı.
- İş şəraiti: İş yeri: Bakı, Ağ Şəhər İş qrafiki: Bazar ertəsi – Cümə: 10:00 – 18:00 / Şənbə: Qısaldılmış iş günü Əməkhaqqı: Sabit maaş + bonus Karyera inkişafı və peşəkar komandada çalışma imkanı.
- Maraqlanan namizədlər CV-lərini WhatsApp vasitəsilə +994 50 880 77 00 nömrəsinə göndərə bilərlər.