KOS (SME) Kredit Monitorinqi üzrə Aparıcı/Baş mütəxəssis
Təsvir
Bankın SME kredit portfeli üzrə davamlı monitorinqin aparılması və müştəri davranışlarının təhlili; Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi; Müştərinin maliyyə göstəricilərinin (DSCR, dövriyyə, debitor və kreditor borcları və s.) dövri əsasda yenilənməsi və təhlil edilməsi; Müştərinin öhdəliklərini yerinə yetirməsinə nəzarət, gecikmələrin, restrukturizasiyaların və qeyri-standart halların təhlili; Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsinə nəzarət və müvafiq hesabatların hazırlanması; Problemli kreditlər üzrə ilkin diaqnostikanın aparılması və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması; Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinin qiymətləndirilməsi; Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zərurət yarandıqda onların yenilənməsinə nəzarət; Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; Kreditlərin monitorinqi və ya maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi; Kredit portfeli üzrə risklərin idarə olunması və erkən xəbərdarlıq siqnallarının (EWS) təhlili üzrə biliklər; Bank sektoru və Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədləri üzrə baza biliklər; Sahə yoxlamalarında iştirak təcrübəsi və yerli bizneslərin fəaliyyət prinsipləri barədə biliklər üstünlükdür; Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı.