Vakansiyalar
BB

Laboratoriya müfəttişi (Əməyin mühafizəsi mühəndisi) - Təcrübə Proqramı

Baku Business Consulting

Şirkət: "BBC SƏNAYE SANİTARİYA LABORATORİYASI" MMC Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi 5-ci mərtəbə, ofis №13. İşin Təsviri: İstehsal mühitinin və əmək prosesinin amillərinin mövcud normalara və standartlara uyğun olaraq instrumental ölçmələrinin aparılması. Əmək mühafizəsi əsaslarının öyrənilməsi və tətbiqi, təhlükəsizlik və əmək gigiyenası tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak. AZS ISO 17020:2021 tələblərinə uyğun inspeksiya fəaliyyəti ilə bağlı sənədlərin hazırlanması və yenilənməsi. Əmək mühafizəsi və istehsalat təhlükəsizliyi normalarına riayət olunmasını yoxlamaq üçün daxili inspeksiyalar və auditlərin keçirilməsi. Ölçmə nəticələrinin təhlili və inspeksiya nəticələrinə dair hesabatların hazırlanması. Akkreditasiya orqanları ilə qarşılıqlı əlaqə və xarici yoxlamalara hazırlıq. Keyfiyyət sisteminin saxlanması və təkmilləşdirilməsi, risklərin idarə olunması, əmək mühafizəsi və əmək şəraiti ilə bağlı problemlərin müəyyən edilməsi və həlli.

Tələblər

  • Cins fərqi yoxdur (kişi namizədlər hərbi mükəlləfiyətli olmalı) Təcrübə tələb olunmur.
  • Ali təhsilli (istənilən mühəndislik ixtisası), yeni məzun olmuş, karyerasına möhkəm əsasla başlamaq istəyən şəxslər.
  • Rus dili səlis, İngilis dili Intermediate səviyyəsində.
  • Kompüter bacarıqları (MS Office).
  • Komandada işləmək bacarığı, yaxşı kommunikasiya qabiliyyətləri.
  • Kritik və analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik, detallara diqqət, təşəbbüskarlıq.
  • İş Şəraiti: (Tam ştat) Həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək.
  • Nahar təmin edilmir, lakin yemək və istirahət üçün mətbəx və zəruri şərait mövcuddur.
  • Əmək müqaviləsi rəsmi qaydada bağlanır, əməkhaqqı isə bank kartı vasitəsilə ödənilir.
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi 5-ci mərtəbə, ofis №13.
  • Əmək haqqı 500 manatdan (net) başlayır.
  • Namizəd təcrübə müddətini uğurla başa vurduqdan sonra işlə təmin ediləcək, həmçinin şəxsi və peşəkar bacarıqlarına uyğun olaraq bonus və mükafat sistemi tətbiq olunacaqdır.
  • Necə
Geri
BB
Laboratoriya müfəttişi (Əməyin mühafizəsi mühəndisi) - Təcrübə Proqramı
Baku Business Consulting
Müraciət et
Elan tarixi: 28 iyun 2026
Son müraciət: 28 iyul 2026
Ölkə Azərbaycan
Şəhər Bakı
Kateqoriya Mühəndislik
İş növü Tam ştat
Mənbə ID 144284
Baxış 18

Detail.Share