Maliyyə Menecmenti İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssis/aparıcı/böyük/baş mütəxəssisi
Təsvir Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq; Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında iştirak etmək; Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq; Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək; Fərqləri və əsas tendensiyaları vurğulayaraq büdcə performansı hesabatlarını hazırlamaq; Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək; İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.
Tələblər
- Ali magistr təhsili (maliyyə və ya iqtisad arzuolunandır);
- Bank təcrübəsi zəruridir;
- Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
- Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək;
- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
- MS Office proqramlarından (MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür);
- Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Maliyyə (məs.
- ACCA, CIMA, CFA) və layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır.
- Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər