Maliyyə planlaşdırılması və analizi üzrə mütəxəssis (FP&A)
Təsvir
Vəzifə öhdəlikləri Şirkətin illik büdcəsinin, rüblük və aylıq proqnozlarının hazırlanmasında iştirak etmək; Maliyyə nəticələrinin büdcə və proqnozlarla müqayisəli təhlilini (Plan vs Actual) aparmaq; Gəlir, xərclər, mənfəət və pul vəsaitlərinin hərəkəti üzrə müntəzəm hesabatlar hazırlamaq; Maliyyə modellərinin hazırlanması və yenilənməsində iştirak etmək; Biznes bölmələri ilə əməkdaşlıq edərək büdcə məlumatlarını toplamaq; Xidmətlər, müştərilər və biznes istiqamətləri üzrə gəlirlilik (Profitability) analizləri aparmaq; Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq; Cash Flow proqnozlarının hazırlanmasında iştirak etmək; ERP və digər sistemlərdən məlumatları emal edərək analitik hesabatlar hazırlamaq; Müasir rəqəmsal və AI alətlərindən istifadə edərək məlumatların analizi, hesabatların hazırlanması və rutin prosesləri avtomatlaşdırmaq; Əsas əməliyyat göstəricilərinin – sərnişin sayı, xidmət növləri, gəlirlilik, məhsuldarlıq və digər biznes göstəricilərinin təhlilində iştirak etmək. Əmək şəraiti: İş rejimi: 5 günlük (09:00-18:00); İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı; Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə; Ödənişsiz parkinq imkanı.
Tələblər
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil; 1–2 il maliyyə analizi, büdcələşdirmə, FP&A və ya mühasibatlıq sahəsində iş təcrübəsi; MS Excel proqramında yüksək səviyyədə biliklər (Pivot Tables, XLOOKUP, SUMIFS, IF və s.); Power Query biliyi üstünlükdür; Power BI, SQL, Python biliyi və digər hesabat/vizuallaşdırma alətləri ilə işləmə təcrübəsi arzuolunandır; Analitik düşüncə, rəqəmlərlə işləmək bacarığı və detallara diqqət; Azərbaycan dilini səlis bilmək, rus və ya ingilis dilini işlək səviyyədə bilmək üstünlükdür; ACCA, CIMA və ya CFA üzrə təhsil alan namizədlərə üstünlük verilir.