Maliyyə Planlaşdırması və Təhlili Şöbəsinin rəhbəri
Təsvir
Şirkətin illik büdcəsinin hazırlanmasına, konsolidasiyasına və təqdim olunmasına rəhbərlik etmək; Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət etmək, hesabatların dəqiqliyini və vaxtında təqdim edilməsini təmin etmək; Şöbələr, layihələr və xidmət istiqamətləri üzrə xərclərin bölüşdürülməsi metodologiyasını hazırlamaq və idarə etmək; Layihə və xidmət istiqamətləri üzrə mənfəətlilik təhlillərini aparmaq, marja risklərini və optimallaşdırma imkanlarını müəyyən etmək; Maliyyə hesabatlarının avtomatlaşdırılması və proseslərin optimallaşdırılması üzrə təşəbbüsləri həyata keçirmək; Daxili və xarici audit proseslərində maliyyə planlaşdırması istiqamətində koordinasiyanı təmin etmək; Rəhbərlik üçün maliyyə təhlilləri, hesabatlar və qərarverməni dəstəkləyən analitik məlumatlar hazırlamaq; Maliyyə planlaşdırması strategiyasının hazırlanması və risklərin idarə olunması prosesində iştirak etmək; Komandanın fəaliyyətini idarə etmək, inkişaf etdirmək və mentorluq etmək.
Tələblər
- Təcrübə: Maliyyə planlaşdırması və ya korporativ maliyyə sahəsində minimum 6-8 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; Təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil; Dil bilikləri: Azərbaycan və İngilis dilləri – sərbəst; Rus dili – üstünlükdür; Maliyyə planlaşdırması, büdcələşdirmə, proqnozlaşdırma və MHBS (IFRS) üzrə bilik və praktiki təcrübə; Maliyyə modelləşdirməsi və Microsoft Excel proqramı üzrə yüksək səviyyəli bilik; Power BI, Tableau və digər BI alətləri ilə işləmək bacarığı üstünlükdür; ACCA, CPA, CFA, CIMA, FMVA və ya digər müvafiq peşəkar sertifikatlara sahib olmaq üstünlükdür; Güclü analitik düşünmə, liderlik, qərarvermə və effektiv ünsiyyət bacarıqları; İT xidmətləri və ya layihə əsaslı biznes mühitində iş təcrübəsi üstünlükdür.