Vakansiyalar
MB

Marketinq üzrə mütəxəssis

Minor Business Group

Öhdəliklər Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrası; Brend strategiyasının formalaşdırılması və inkişaf etdirilməsi; Marketinq kampaniyalarının planlaşdırılması, koordinasiyası və nəticələrinin qiymətləndirilməsi; Rəqəmsal marketinq, sosial media, PR və digər marketinq kanallarının koordinasiyası; Bazarın, rəqiblərin və müştəri davranışlarının təhlili; Marketinq büdcəsinin hazırlanması və idarə olunması; Satış komandası ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş təşəbbüslərin hazırlanması; Kontent strategiyasının hazırlanması və yaradıcı komandaların işinin koordinasiyası; Partnyorlarla, reklam agentlikləri və podratçılarla əməkdaşlığın idarə olunması; Marketinq fəaliyyətinin effektivliyinin KPI-lar əsasında qiymətləndirilməsi və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.

Tələblər

  • Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
  • Rəqəmsal marketinq alətləri (Meta Ads, Google Ads, YouTube və s.) ilə işləmək bacarığı;
  • Bazar araşdırması, rəqib analizi və marketinq analitikası üzrə təcrübə;
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması bacarığı;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
  • Analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlü iş yanaşması.
  • Reklam kampaniyaları haqqında anlayış;
  • İş şəraiti Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
  • İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00;
  • Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Geri