Vakansiyalar
N-

Marketinq və bazar analizi üzrə mütəxəssis

Neft - Mədən Avadanlığı MMC

İş şəraiti İş yeri: Bakı İş qrafiki: Tam ştat, həftə içi 5 gün Əmək haqqı: əmək haqqı + nəticəyə bağlı bonus (müsahibə zamanı razılaşdırılır)

Vəzifə öhdəlikləri

  • Bazar analizi (işin əsas hissəsi): Bazar həcminin, tələbatın və trendlərin araşdırılması;
  • yeni məhsul/xidmət istiqamətləri üzrə əsaslandırılmış təkliflərin verilməsi;
  • Rəqib analizinin mütəmadi aparılması: rəqiblərin çeşidi, qiymətləri, aksiyaları və satış kanallarının izlənməsi, müqayisəli hesabatların hazırlanması;
  • Qiymət analizi və qiymətqoyma üzrə təkliflər: hansı məhsulda marja artırıla bilər, hansında qiymət bazardan kənardır;
  • Şirkətin satış datasının analizi: hansı məhsul, müştəri qrupu və bölgə qazandırır — satış səylərinin düzgün istiqamətə yönəldilməsi üçün aylıq analitik hesabat;
  • Müştəri rəyi və tələbatının öyrənilməsi (sorğular, satış komandasından geri dönüşlər), itirilmiş müştərilərin səbəb analizi;
  • Yeni bazar seqmentlərinin və satış kanallarının (bölgələr, korporativ müştərilər, topdan/pərakəndə) qiymətləndirilməsi;
  • Marketinq (analizin icra hissəsi): Analiz nəticələrinə əsaslanan marketinq planının hazırlanması və icrası;
  • Ödənişli reklam kampaniyalarının qurulması və idarəsi (Meta Ads, Google Ads), sosial media hesablarının aparılması;
  • Kampaniyalardan gələn müraciətlərin qeydiyyatı və satış komandasına ötürülməsi;
  • Hər kampaniya üzrə nəticə hesabatı: xərc,

Tələblər

  • Marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya oxşar sahədə ali təhsil;
  • Marketinq və ya bazar araşdırması sahəsində minimum 2-3 il təcrübə (ticarət/distribusiya şirkətində təcrübə üstünlükdür);
  • Güclü analitik bacarıq: Excel-də sərbəst iş (pivot cədvəllər, əsas funksiyalar);
  • Power BI bilikləri ciddi üstünlükdür;
  • Bazar və rəqib analizi aparıb nəticəni konkret təklifə çevirmə təcrübəsi — müsahibədə real nümunə istəyəcəyik;
  • Rəqəmsal reklam alətləri (Meta Ads, Google Ads) ilə praktiki iş təcrübəsi;
  • Hesabat və təqdimat hazırlama bacarığı (PowerPoint);
  • Azərbaycan dili sərbəst;
  • rus dili üstünlükdür;
  • Nəticəyə yönümlülük və təşəbbüskarlıq — hazır tapşırıq gözləyən yox, bazarı analiz edib təklif gətirən namizəd axtarırıq.
  • Maraqlanan namizədlər CV-lərini və (varsa) hazırladıqları analiz/kampaniya nümunələrini mövzu (subject) hissəsində “Marketinq və bazar analizi” qeyd etməklə
Geri