Marketinq və satışa dəstək şöbəsinin rəhbəri
Təsvir BOKT-nin strateji hədəflərinə uyğun marketinq və satış strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi; BOKT-nin bazarda tanınmasının artırılması, brend imicinin gücləndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi; Kredit və digər maliyyə məhsullarının tanıdılması, satış həcminin artırılması və yeni müştərilərin cəlb olunması üçün marketinq kampaniyalarının hazırlanması və idarə olunması; Filiallar üzrə satış göstəricilərinin təhlili, satışların artırılmasına yönəlmiş təkliflərin hazırlanması və tətbiqi; Şirkətin məhsul və xidmətlərinin bazarda mövqeyinin gücləndirilməsi üçün bazar araşdırmalarının aparılması və əməli təkliflərin hazırlanması; Müxtəlif təşkilatlar, ticarət obyektləri və biznes subyektləri ilə əməkdaşlıqların qurulması, yeni satış kanallarının yaradılması və inkişaf etdirilməsi; Qısa və uzunmetrajlı reklam çarxlarının, təqdimat videolarının və digər marketinq materiallarının hazırlanması, çəkiliş prosesinin təşkili və nəzarəti; Şirkətin sosial media platformalarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması, inkişaf etdirilməsi və effektivliyinin artırılması; Sosial media və rəqəmsal marketinq kampaniyalarının hazırlanması, idarə olunması və nəticələrinin təhlili; Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirinin qiymətləndirilməsi və investisiya effektivliyinin təmin edilməsi; Marketinq büdcəsinin planlaşdırılması, idarə olunması və optimallaşdırılması; Marketinq fəaliyyəti, satış göstəriciləri və bazar trendləri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi; Şöbə əməkdaşlarının fəaliyyətinin koordinasiyası, tapşırıqların icrasına və əmək intizamına nəzarət edilməsi; Şirkətin daxili qaydalarına, etik davranış prinsiplərinə və korporativ standartlarına riayət olunmasının təmin edilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi.
Tələblər
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Marketinq və ya satışın idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
- Maliyyə, bank və ya BOKT sektorunda rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Marketinq, satış və biznes inkişafı sahəsində strateji düşünmə qabiliyyəti;
- Güclü liderlik, komanda idarəetməsi, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Analitik düşüncə, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Sosial media idarəçiliyi və rəqəmsal marketinq alətləri üzrə biliklərə üstünlük verilir;
- Stressə davamlı, məsuliyyətli və yüksək təşkilatçılıq qabiliyyətinə malik olmaq.
- Vakansiya növü - Tam ştat İmtiyazlar Korporativ Mühit Bonus sistemi;
- Yığım sığortasına qoşulma imkanı Maraqlanan namizədlər