Kİ
Metodist
KinderGarten
Hörmətli namizəd! İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Tələblər
- Yaş: 25-45 Təhsil: Ali (Pedaqoji təhsil mütləqdir) İş təcrübəsi: Məktəbəqədər təhsil müəssisələrində metodist və ya rəhbər pedaqoji vəzifələrdə ən azı 2-3 il iş təcrübəsi Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - mütləqdir Şəxsi və peşəkar keyfiyyətlər: Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla (pedaqoji heyət və valideynlərlə) effektiv ünsiyyət qurmaq bacarığı Fikirlərini aydın, lakonik, inamla ifadə etmək və təqdimat bacarıqları Müasir təlim-tədris metodologiyalarını mənimsəməyə, tətbiq etməyə və inkişaf etdirməyə həvəsli olmaq Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı Liderlik, təşkilatçılıq və komandanı motivasiya etmək qabiliyyəti Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq Əsas
Vəzifə öhdəlikləri
- Bağçanın tədris proqramının və metodiki vəsaitlərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqinə nəzarət edilməsi Tərbiyəçi-müəllimlərin pedaqoji fəaliyyətinin əlaqələndirilməsi, metodiki köməkliyin göstərilməsi və dərslərin keyfiyyətinin monitorinqi Müasir təlim metodlarının və innovativ yanaşmaların tədris prosesinə inteqrasiya olunması Pedaqoji heyətin peşəkar inkişafı üçün təlimlərin, seminarların və açıq dərslərin təşkil edilməsi Tədris planlarının, illik və aylıq proqramların düzgün qorunması və icrasına nəzarət Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq, tədris proqramı və uşaqların inkişaf dinamikası barədə onları məlumatlandırmaq İl ərzində bağçada keçirilən bayramları təşkil etmək Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
Niyə biz?
- İş vaxtı: 09:00 – 18:00 İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir) Əmək haqqı: 1000 AZN - 1400 AZN Məlumatlandırıcı qeydlər: