Vakansiyalar

Mexanika/Elektrik üzrə layihə mühəndisi

Azinvest İnşaat

Vəzifə öhdəlikləri

  • MEP üzrə layihədən BoQ-ların hazırlanması;
  • MEP işləri ilə əlaqədar şöbəyə gələn sorğuların analizinin aparılması və lazım olan məlumatları, Cizgiləri və spesifikasiyaları sorğu üzrə paylaşılmasının təmin edilməsi;
  • MEP üzrə ehtimal büdcələrin hazırlanması;
  • Layihə sənədlərinin (BOQ, spesifikasiya, müqavilə) qiymətlərinin yoxlanılması.
  • Sistemlər arası ziddiyyətlərin və kəsişmələrin həlli.
  • Yekun hesabatların hazırlanması.
  • MEP Material TakeOff ( material həcmlərinin çıxarılması) Daimi materiallar üçün tələb sənədlərinin hazırlanması.
  • Ehtiyac yarandıqda MEP layihə çertyojlarının (Shop Drawing) hazırlanması.
  • Material təsdiq prosesinin (MAR) izlənilməsi.
  • Sahənin sənəd və materiallarla təmin edilməsinə nəzarət və koordinasiyası.
  • Subpodratçıların təkliflərinin texniki-kommersiya təhlili.
  • Subpodratçılar üçün iş tələblərinin hazırlanması.
  • Ödəniş sənədlərinin ( Forma 2 / İPC) və subpodrat işlərinin yoxlanılması.
  • Forma 2 yoxlanışı üçün ərazilərə baxış.
  • Layihəçi öhdəlikləri MEP (Mexaniki, Elektrik və Santexnika) sistemləri üzrə gələn layihələrin yoxlanılması və koordinasiyası;
  • HVAC, elektrik, su təchizatı, kanalizasiya və yanğınsöndürmə sistemlərinin layihələndirilməsi;
  • Memarlıq və konstruksiya layihələrinin təhlili və uyğunluğunun təmin edilməsi;
  • BOQ və Quantity Take-Off sənədlərinin hazırlanması;
  • Texniki hesablamaların aparılması və sistemlərin seçilməsi;
  • Layihələrin norma və standartlara uyğun hazırlanmasına nəzarət;
  • Digər layihə iştirakçıları ilə koordinasiyanın təmin edilməsi;
  • Texniki sənədlərin və layihə paketlərinin hazırlanması.

Tələblər

  • Ali təhsil (Mexanika və ya Elektrika sahəsi üzrə);
  • Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • MS Office (Word, Excel), AutoCad, proqramlarını yüksək səviyyədə bilməli;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları.
  • Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Geri
Mexanika/Elektrik üzrə layihə mühəndisi
Azinvest İnşaat
Müraciət et
Elan tarixi: 06 iyul 2026
Son müraciət: 06 avqust 2026
Ölkə Azərbaycan
Şəhər Bakı
Kateqoriya Mühəndislik
İş növü Tam ştat
Mənbə ID 145078
Baxış 16

Detail.Share