Vakansiyalar
EB

Mikro kreditlər üzrə böyük mütəxəssis (Şirvan filialı)

Express Bank

Təsvir Kredit bazarını təhlil edir sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir; Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır; Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir; Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir; Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir; Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir; Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür; Aylıq satış planlarını yerinə yetirir; Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak edir; Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək verir.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.
  • Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta paketi Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı Professional və maddi inkişaf perspektivləri Maraqlanan namizədlər
Geri